Accessibility links

Texasda ABŞ-da bomba hücumları həyata keçirməyə cəhdlə əlaqədar səudiyyəli gənc həbs edilib


Texasda ABŞ-da bomba hücumları həyata keçirməyə cəhdlə əlaqədar səudiyyəli gənc həbs edilib
Texasda ABŞ-da bomba hücumları həyata keçirməyə cəhdlə əlaqədar səudiyyəli gənc həbs edilib

Keçmiş prezident Corc Buşun Texasdakı evi onun siyahısında olub

Texas ştatında Birləşmiş Ştatlarda keçmiş prezident Corc Buşun evi də daxil olmaqla, bir sıra obyektlərdə bomba hücumları həyata keçirməyi planlaşdıran səudiyyəli gənc həbs edilib. ABŞ-ın Ədliyyə nazirliyi bildirir ki, Səudiyyə vətəndaşı olan 20 yaşlı Xalid Əli Əldausari kütləvi qırğın silhalarından istifadə etməyə cəhd göstərmək ittihamları ilə cərşənbə günü həbs edilib. Ədliyyə nazirliyinin açıqladığı bəyanatda deyilir ki, Əldausari hücumları həyata keçirmək üçün obyektləri öyrənirdi. Onun bomba hazırlamaq üçün kimyəvi maddələr və ləvazimat aldığı bildirilir. Təhqiqatçılar onun onlayn fəaliyyətlərini izləyərək, seçdiyi obyektləri aşkar edə bilib. Özünə göndərdiyi bir məktubda o, keçmiş prezident Buşun Texasdakı evini seçib. Ağ Evin sözçüsü Cey Karni deyib ki, prezident Barak Obamaya həbsdən əvvəl əməliyyatla bağlı məlumat verilib.

XS
SM
MD
LG