Accessibility links

ABŞ-ın baş prokuroru Əl-Qaidə üzvü olan Amerika vətəndaşlarının xaricdə qətlinin əsaslandırlıması ilə bağlı izahat verib


ABŞ-ın Baş prokuroru Erik Holder Obama administrasiyasının amerikalıların qətlə yetirilməsi əməliyyatlarını planlaşdıran Əl-Qaidə liderləri olduğu ehtimal edilən ABŞ vətəndaşlarının xaricdə öldürülməsinə icazə verməsilə bağlı izahat verib.

Holder Ədliyyə Departamentinin hökumətin Əl-Qaidə şübhəlilərini qətlə yetirmək üçün pilotsuz idarə edilən təyyarələrdən istifadə etməsinə dair məxfi sənədin mətbuat sızmasından sonra açıqlama verib.

O hədəf alınan şübhəlilərin Birləşmiş Ştatlara qarşı zorakı hücum təşkil etmək kimi təhlükə təşkil etməli olduğunu deyib. ABŞ-ın baş prokuroru eyni zamanda onların ələ keçirilməsi mümkün olmadığı halda hədəf olduğunu qeyd edib.

ABŞ-ın Ədliyyə nazirliyindən mətbuata sızan məxfi sənəddə hökumətin amerikalıların qətlə yetirilməsini planlaşdıran Əl-Qaidə liderləri olan ABŞ vətəndaşlarının xaricdə öldürülməsinin qanuni olduğu göstərilir.

16 səhifədən ibarət sənəddə ABŞ hökümətinin Əl-Qaidə şübhəlilərinə qarşi pilotsuz idarə edilən təyyarə hücumları keçirməyə əsası olduğu qeyd edilir.

Sənəddə deyilir ki, “məlumatı olan yüksək səviyyəli rəsmi ilk növbədə hədəf olan şəxsin Birləşmiş Ştatlara qarşı hücum təhlükəsi” yaratdığını müəyyən etməlidir.

ABŞ Senatorları bazar ertəsi prezident Barak Obamaya məktub göndərərək, Kongresi onun ölkə xaricində əks terror əməliyyatları zamanı Amerika vətandaşlarının öldürülməsinə icazə verilməsinə dair səlahiyyəti haqda məxfi sənədləri təqdim etməsini istəyiblər. Qanunvericilər icraçı hakimiyyətə müvafiq nəzarətin təmin edilməsi üçün sənədlərə ehtiyac olduğunu bildiriblər.

ABŞ-ın xarici ölkələrdə Əl-Qaida şübhəlilərinə qarşı pilotsuz təyyarə hücumlarının sayı artıb. Bu hücumlar zamanı Əl-Qaidənin fəalları olduğu iddia edilən Ənvər Əl-Əvlaki və Samir Xan hədəf alınıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG