Accessibility links

Britaniya polisi ABŞ sinaqoquna hücumla əlaqəsi olan iki nəfəri həbs edib


Britaniya polisi bazar günü axşam saatlarında ABŞ-ın Texas ştatında sinaqoqda girov götürülmə istintaqı ilə bağlı iki nəfərin həbs edildiyini bildirib.

Böyük Mançester Polis İdarəsinin verdiyi açıqlamada Terrorla Mübarizə Polisi əməkdaşlarının Cənubi Mançesterdə iki nəfəri saxladığını və onların sorğu-sual üçün nəzarətə alındığını bildirib. Mümkün ittihamlarla bağlı heç bir məlumat verilməyib.

Bazar günü ABŞ rəsmiləri Texas ştatının Fort Vort yaxınlığındakı Beth Israel binasında dörd nəfəri girov götürən şəxsin 44 yaşlı Britaniya vətəndaşı Malik Feysəl Əkrəm olduğunu müəyyən edib.

Qarşıdurma hüquq-mühafizə orqanı işçiləri binaya basqın edənə qədər 10 saat davam edib. Bütün girovlar azad edilib və Federal Təhqiqat Bürosunun əməldaşları Əkrəmi güllələyib.

ABŞ prezidenti Co Bayden hüquq-mühafizə orqanlarının işini yüksək qiymətləndirib və anti-semitizmə yol verilməyəcəyini deyib.

"Girov götürülməsi ilə bağlı yaxın günlərdə daha çox şey öyrənəcəyik. Lakin icazə verin nifrət yaymaq niyyətində olan hər kəsə açıq deyim - biz bu ölkədə anti-semitizmə və ekstremizmin artmasına yol verməyəcəyik" - deyə, Bayden bildirib.

Federal Təhqiqatlar Bürosunun bəyanatında hücumda başqa birinin əli olduğuna dair heç bir əlamətin olmadığı deyilsə də, motivi haqqında məlumat verilməyib.

Sinaqoq xidmətinin Facebook-dakı canlı yayımında Əkrəmin Əfqanıstanda ABŞ ordusunun zabitlərini öldürməyə cəhd etməkdə təqsirli bilinən pakistanlı neyro-bioloqun azadlığa buraxılmasını tələb etməsi eşidilib.

Dallas WFAA televiziya kanalının yayımladığı videoda insanların sinaqoqun qapısından qaçdığını, daha sonra əlində silah olan bir nəfərin qapını bağladığınl və bir neçə saniyə sonra eyni qapını yenidən açdığını görmək olub. Bir neçə dəqiqə sonra atışma, ardınca isə partlayış səsi eşidilib.


XS
SM
MD
LG