Accessibility links

ABŞ Ukraynaya 800 milyon dollarlıq yeni hərbi yardım göndərir


Ağ Ev çərşənbə günü Prezident Co Baydenin çərşənbə axşamı Rusiya Prezidenti Vladimir Putinin Ukraynada soyqırım törədə biləcəyinə dair açıqlamasını möhkəmləndirib.

Bayden həmçinin elan edib ki, Vaşinqton Ukraynaya əlavə 800 milyon dollarlıq silah, sursat və başqa yardım göndərir.

“Prezident orada baş verən vəhşiliklər baxımından hamımızın gördüyü, hiss etdiyi şeylərdən bəhs edirdi,” Ağ Evin mətbuat katibi Cen Psaki soyqırım açıqlaması ilə bağlı deyib.

“Onun dünən qeyd etdiyi kimi, əlbəttə ki, məhkəmədə hüquqi proses olacaq, amma o, orada gördüyü, bizim hamımızın gördüyü vəhşiliklərdən danışırdı.”

O əlavə edib ki, “Buna nə ad verdiyinizdən asılı olmayaraq, bu gün elan etdiyimiz böyük həri dəstəyin də sübut etdiyi kimi bizim indi məqsədimiz ukraynalıları hər gün vəhşiliklərin törədildiyini gördüyümüz bu müharibədə dəsətkləməyə və yardım etməyə davam etməkdir.”

Ancaq Kremlin sözçüsü Dmitri Peskov Baydenin sözylədiklərini rədd edərək, “Biz bunun kimi vəziyyəti təhrif etmək səylərini qəbuledilməz hesab edirik. Bu, son dövrlərdə yaxşı bilinən cinayətlər törədən bir ölkə olaraq Birləşmiş Ştatlar prezidentindən qəbul etmək çətindir.”

Bayden Ukrayna Prezidenti Volodimir Zelenskiyə yeni yardımla bağlı çərşənbə günü bir saat davam telefon danışığı zamanı məlumat verib. O daha sonra açıqlamasında “Ukrayna ordusu bizim təmin etdiyimiz silahlarla dağıdıcı təsir göstərib. Birləşmiş Ştatlar Ukraynanı özünü müdafiə edə bilmək imkanları ilə təmin etməyə davam edəcək.”

Yeni silahlar, Rusiyanını yeni hücumu

Pentaqon bildirib ki, yeni silah yardımına 500 Javelin raketləri, 300 Switchblade dronları, 300 zirehli maşın, 11 helikopter, kimyəvi, bioloji və nüvə hücumdan qorunmaq vasitələri, eləcə də 30 min bədən zirehləri və dəbilqələr daxildir.

ABŞ həmçinin Ukraynanı naməlum miqdarda piyada əleyhinə minalarra təmin edir ki, onlar yalnız əl ilə partladılmaq üçün konfiqurasiya edilib.

Pentaqonun mətbuat katifi Con Kirbi deyib ki, ABŞ-ın müdafiə rəsmiləri Rusiya qüvvələrini, o cümlədən helikopter və artillerya sistemlərini Belarusda yenidən qruplaşdırdığı zaman çatdrmaq istəyir.

“Onlar Donbasa qarşı etmək istədikləri bu yeni hücuma tam hazır deyillər. Biz bunu görürük və bu yardımı mümkün qədər tez oraya çatdırmaq üçün hər gün, hər saatdan istifadə edirik… Biz Rusiyanın yenidən tədarük etməyk və güclənmək səylərindən xəbərdarıq,” o deyib.

Baydenin Ukraynaya daha çox silah, habelə əlavə helikopter göndərmək qərarı Zelenskinin video müraciətindən sonraya təsadüf edib.

“Azadlıq tiraniyadan daha yaxşı silahlanmalıdır,” Ukrayna lideri deyib. “Əlavə silah olmadan bu, səfalət, əzab və dağıntıları yayan sonsuz qırğına çevriləcək.”

Bayden deyib ki, Qərbin Ukraynaya silah təchizatı “Rusiyanın hərbi müdaxiləsinə qarşı mübarizəsini davam etdirə bilməsi üçün kritik olub.” Bu, bizə Putinin Ukraynanı fəth etmək və ona nəzarət etmək məqsədi daşıyan ilkin müharibəsində uğursuzluğa düçar olmasına kömək etdi. İndi dayana bilmərik”.

Bundan əlavə çərşənbə günü Rusiya ilə sərhəd bölüşən NATO ölkələri olan Polşa, Litva, Latviya və Estoniyanın prezidentləri Putin Moskvanın Ukraynaya qarşı hücumunu “tam başa çatana qədər” davam etdirəcəyinə söz verməsindən bir gün sonra Ukraynaya dəstək məqsədlə Kyivə səfər ediblər.

Dörd ölkənin liderləri Zelenski ilə görüşmək üçün Ukrayna paytaxtına qatarla gediblər.

Kyivi və Ukraynanın böyük bir hissəsini ələ keçirə bilməyən Rusiya qüvvələri çox sayda şəhri bombardman edib, minlərlə ukraynalı mülki şəxsi öldürüv, evlər və xəstəxanaları dağıdıb.

Birləşmiş Millətlər Təşkilatının humanitar idarəsinin sədri Martin Qriffits bu yaxınlarla Moskva və Kyivə səfərd edərək, atəşkəs əldə etməyə çalışıb. Lakin BMT-nin baş katibi Antonio Quterreş çərşənbə günü müxbirlərə deyib ki, hazırda bu, mümkün görünmür.

Ancaq Quterreş deyib ki, “bir sıra təkliflər edilib və biz Rusiya Federasiyasından həmin təkliflərlə, o cümlədən lokal atəşkəslər, dəhlizlər, humanitar yardım, evakuasiyalar və dünc əhaliyə şahid olduğumuz kəskin təsirləri minimallaşdıracaq başqa aspektlər üçün müxtəlif mexanizmlər bağlı cavab gözləyirik.”

Quterreş deyib ki, BMT döyüşlərin getdiyi ərazilərdən mülki vətəndaşların təxliyəsini və oraya humanitar çıxışı təmin etmək üçün Rusiya, Ukrayna, BMT və mümkündür başqa humanitar qurumların iştirakı ilə bir mexanizmin yaradılmasını təklif edib.

Prezidentlə Kyivi ziyarət edib

Litva Prezidenti Gitanas Nauseda deyib ki, Ukraynaya səfər edən Avropa liderləri “güclü siyasi dəstək və hərbi yardım mesajı” verməyi planlaşdırmışdılar.

Nauseda, Estoniya Prezidenti Alar Karis, Polşa Prezidenti Andrzej Duda və Latviya Prezidenti Egils Levits həmçinin Rusiyanın iddia olunan müharibə cinayətləri, o cümlədən dinc əhalinin qətliamı ilə bağlı təhqiqarı müzakirə etməyi planlaşdırmışdılar.

Putin Rusiyanın Ukraynaya qarşı vəhşiliklər törətdiyini inkar edib və Ukraynanın şərqində rusdilli insanları qorumaq və “Rusiyanın öz təhlükəsizlityini təmin etmək üçün” Ukraynaya hərbi müdaxilə etməkdən “başqa seçiminin olmadığını” bildirib.

O, Rusiyanın (hücumunu) tam başa çatanadadək davam etdirəcəyinə və qarşısına qoyduğu məqsədləri yerinə yetirənə qədər davam etdirəcəyinə” söz verib, amma bu məqsədlərin tərəffüatlarını paylaşmayıb.

Rusiyanın Ukraynanın şərqində əsas məqsədilərindən biri Azov dənizindəki liman şəhəri olan Mariupolu ələ keçirməkdir. Ukrayna orada Rusiyanın hücumu nəticəsində minlərlə sakinin öldürüldüyünü bildirir.

Rusiya Müdafiə Nazirliyinin sözçüsü general mayor İqor Konaşenkov deyib ki, Ukraynanın 36-cı Dəniz Piyadaları Briqadasından 1026 qoşun şəhərdəki metal zavodunda təslim olub. Ancaq bunun nə zaman baş verdiyi və Mariupolu neçə qüvvənin müdafiə etdiyi aydın deyil.

Ukrayna şəhər üzərində dron vasitəsilə zəhərli maddənin atıldığına dair iddianı araşdırdığını bildirib. Bunun nəticəsind ciddi xəsarət alanların olduğuna dair məlumat yoxdur. Ukrayna müdafiə nazirinin müavini Hanna Malier deyib ki, mümkündür Mariupolda fosfor sursatlarından istifadə ediblər.

XS
SM
MD
LG