Accessibility links

ABŞ-da yəhudilərə bomba hədəsi gələn adam həbs edilib


Federal Təhqiqat Bürosu (FBI) yəhudi icmasının azı 8 mərkəzinə - məktəblər və yəhudilərin Vəkillər Qrupu Qərargahına qarşı bomba hücum ediləcəyi barədə təhdidlər edən şəxsi cümə günü həbs edib.

ABŞ-ın Ədliyyə Nazirliyi Missuri ştatının Sent Luis şəhəri sakini, 31 yaşlı Huan Tompsonu adı açıqlanmayan keçmiş sevgilisini təqib etməkdə ittiham etmişdi.

Bundan əlavə, Tompsonun bir neçə hədəni öz adından etdiyi və bununla qadının onu narahat etdiyini bildirməyə çalışmışdı.

Tompsonun 100-dən çox yəhudi icmasına bomba hücumları ilə bağlı təhdidləri son bir neçə həftədir başlayıb. Bu təhdidlər çox sayda mətkəzdən insanların evakuasiyasına yol açıb və yəhudi icmasında vahiməyə səbəb olub.

Bomba hücumu təhdidlərindən əlavə, mümkündür ki, Sent Luis qəbristanlığı da daxil eduilməklə, son iki həftə ərzində iki ştatda yəhudi qəbristanlığındakı vandalizm də Tompsona qarşı ittihamlara əlavə olsun. Vandalizm əsnasında bəziləri 1800-cü illərə məxsus olmaqla, yüzlərlə qəbir daşı sıradan çıxarılmışdı.

XS
SM
MD
LG