Accessibility links

ABŞ-ın bəzi ştatlarında kəskin hava şəraiti 6 nəfərin ölümünə səbəb olub


Birləşmiş Ştatlardakı kəskin hava şəraiti çərşənbə günü azı 6 nəfərin ölümünə, bir neçə nəfərin isə itkin düşməsinə səbəb olub.

Milli Hava Xidmətinin məlumtında tornado və güclü leysan yağışlarının Arkanzas, Missisipi, Luiziana və Tennisi ştatlarının ayrı-ayrı hissələrində baş verdiyi deyilir.

Amerikanın orta-qərb və şərq bölgələrində isə qışın ilk həftəsi, mövsümə uyğun olmayan ilıq hava şəraiti hökm sürür. Milad bayramı günü Birləşmiş Ştatların böyük şəhərləri Nyu-York, paytaxt Vaşinqton və Filadelfiyada havanın temperaturu müsbət 22 dərəcə olacaq.

Rəsmilər havanın qeyri-normal ilıq keçməsinə El-Nino adı ilə tanınan hava şəraitinin səbəb olduğunu deyirlər.

XS
SM
MD
LG