Accessibility links

Texasda 8 cəsədin aşkar edildiyi yük maşınının sürücüsü həbs edilib


Birləşmiş Ştatların Texas ştatında azı 10 nəfərin ölümü ilə nəticələnmiş insan qaçaqmalçılığı əməliyyatında şübhəli bilinən sürücüyə qarşı immiqrantların qeyri-qanuni daşınması ittihamı irəli sürülüb.

Ceyms Bredli adlı 60 yaşlı sürücü cümə axşamı keçiriləcək ikinci məhkəmə dinləməsinə qədər həbsxanada saxlanacaq. Ona qarşı irəli sürülən ittihamlarda günahkar bilinərsə, Bredli ömürlük həbs cəzası, ya da ölüm hökmü ilə üzləşə bilər.

Ceyms Bredli keçən bazar günü, Texas ştatının San-Antonio şəhərindəki Volmart mağazasının dayanacağında park etdiyi yük maşınından 8 cəsəd aşkar edildikdən sonra həbs edilib.

Ceyms Bredli federal təhqiqatçılara yük maşınını Ayova ştatının Şaller şəhərindən Texasın Brounsvill şəhərinədək sürdüyünü və içəridə kiminsə olduğu haqda San-Antonio şəhərində xəbər tutduğunu deyib.

Yük maşınında sağ qalanlar isə sürücünün diqqətini cəlb etmək üçün qışqırdıqlarını deyiblər.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG