Accessibility links

Britaniya Donald Trampın Qüdslə bağlı planından narahatdır


Britaniyanın xarici işlər naziri Boris Conson prezident Donald Trumpın Tel-Əvivdəki ABŞ səfirliyinin Qüdsə köçürülməsi ilə bağlı verəcəyi bəyanata görə narahatlığını ifadə edir.

NATO-nun Brüsseldə keçirilən yığıncağına qatılmazdan əvvəl Conson Britaniyanın İsraildəki səfirliyinin başqa bir yerə köçürmək planı olmadığını deyib.

"Biz eşitdiyimiz xəbərdən narahatlğımızı ifadə edirik. Biz Qüdsün İsrail və fələstinlilər arasında sülh razılaşmasının bir parçası olduğunu və bu prosesin danışıqlar yolu ilə həll edildiyini görmək istəyirik. Bizim səfirliyimizi heç bir yerə köçürmək planımız yoxdur" deyə, Boris Conson bildirib.

Müsəlman, xristian və yəhudilər üçün müqəddəs sayılan Qüds həm də İsrail-Fələstin danışıqlarının mübahisəli hissəsidir.

1995-ci il qanununa əsasən ABŞ-ın İsraildəki səfirliyi Qüdsə köçürülməlidir, lakin qanun prezidentə bu addımı milli təhlükəsizlik səbəbilə hər altı ay uzatmaq səlahiyyəti verir. Tramp bu barədə qərarını hələ açıqlamayıb.

XS
SM
MD
LG