Accessibility links

Donald Tramp: `Hazırda ABŞ-da təsadüfi ölümlərə ən çox səbəb artıq dozadır` [Video]


Donald Tramp: `Hazırda ABŞ-da təsadüfi ölümlərə ən çox səbəb artıq dozadır`
please wait

No media source currently available

0:00 0:02:18 0:00

Birləşmiş Ştatlar prezidenti Donald Tramp hər gün 100-dən çox insanın ölümünə səbəb olan tərkibində opidoid – narkotik maddələr olan dərmanların qarşısını almaqdan başqa yol olmadığını deyib.

Nyu-Cersi ştatının qolf klubunda çıxış edən Tramp son 20 ildə ölkədə narkotik maddə istifadəsinin dörd dəfə artdığını, lakin bu problemin qarşısının alınması yolunda səylərin azaldığını deyib. ABŞ dövlət başçısı narkotik maddələrlə bağlı cinayətlərin daha ağır cəzalandırılacağına söz verib.

Həyat yoldaşı Melaniya və səhiyyə naziri Tom Praysla yanaşı dayanan Tramp müxbirlərə narkotik maddə epidemiyasının Birləşmiş Ştatların hər vətəndaşına hədə olduğunu deyib. “Hazırda Birləşmiş Ştatlarda təsadüfi ölümlərə ən çox səbəb olan artıq dozadır və bu problem 1999-cu ildən bəri 4 dəfəyə qədər artıb.”

Donald Tramp 2011-ci illə 2016-cı illər arasında narkotik maddələrlə bağlı cinayətlərin cəmi 23 faiz azaldığını bildirib. O, narkotik maddə ittihamı ilə həbs edilənlərin həbs müddətinin də azaldığını deyib və bu böhrana görə əvvəlki administrasiyanı günahlandıraraq, bu tendensiyanın dəyişdiriləcəyinə vəd verib. “Biz bütün bunlara səbəb olan cənub sərhədi məsələsində sərt olmalıyıq. Biz Çindən buraya gətirilən bəzi əldəqayırma narkotik maddələrlə bağlı bu ölkə ilə danışılqar aparırıq. Biz bununla bağlı digər ölkələrlə də əməkdaşlıq edirik.”

Bu problemin araşdırılması üçün yaradılan komissiya ötən həftə prezidentə opidoid maddələrdən sui-istifadəyə görə ölkədə fövqəladə vəziyyət elan edilməli olduğunu bildirib.

Səhiyyə naziri Tom Prays isə deyib ki, yalnız 2015-ci ildə 52 min amerikalı artıq doza səbəbindən ölüb və bu qərəm artmaqda davam edir. Nazir bütün narkotik maddə istifadəçilərinin müalicə edilməsi və ağrıların qarşısını narkotik maddələrdən istifadə etmədən alınması yolunda iş aparılacağını deyib. “Biz məsələyə diqqət cəlb etdirmişik. Bunu bütün ölkəyə və çoxsaylı ştatlara çatdırmış, icmalar və asılılıq böhranı yaşayan ailələrlə əməkdaşlıq edirik. Bu praktikaya əvvəllər əl atılmayıb. İndi bunun işlək olduğunu müəyyən etmişik. "

Prays Milli Səhiyyə İnstitutlarının nakotik maddə aludəçilərinə və ağrı çəkənlərə yardım edəcək peyvəndlər üzərində işlədiyini bildirib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG