Accessibility links

ABŞ-Türkiyə münasibətləri [Təhlil]


Dünya liderləri Türkiyənin kurort şəhəri Antaliyada keçiriləcək Böyük İyirmiliyin sammitinə hazırlaşdığı bir vaxt ABŞ prezidenti Barak Obama və Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan Suriya və İraqla təhlükəsizlik və əməkdaşlıq məsələlərini müzakirə etmək üçün görüşəcək.

Bu həftənin bazar günü və bazar ertəsi bir araya gələcək Böyük-20-liyin müzakirə edəcəyi əsas məsələ iqtisadiyyat olsa da, münaqişələrin dərinləşdiyi Suriya və İraq da diqqət mərkəzində olacaq.

Uzun müddətdir Birləşmiş Ştatların müttəfiqi və NATO-nun üzvü olan Türkiyə İraq və Suriyadakı müharibədən qaçan 2 milyondan çox insanı qəbul edib. Türkiyə seçiciləri prezident Ərdoğana ölkədə təhlükəsizliyin bərpası, İraq və Suriyadakı münaqişənin sərhəd bölgələrinə yayılmasının qarşısını almaq kimi mandat verib.

ABŞ-la Türkiyə arasında hazırda yaşanan fikir ayrlığı onların Suriya siyasəti ilə bağlıdır. Ankaranı Amerikanın başçılıq etdiyi koalisiyanın yardımı ilə Suriya kürdlərinin Demokrat Birliyi partiyasının səlahiyyət və əraziləri ələ keçirməsi narahat edir. Bu birliyin Türkiyənin 30 ildir mübarizə apardığı PKK terrorist qrupu ilə əlaqəsi var. Obama ilə Ərdoğan arasında üz-üzə görüş bu narahatlıqların müzakirəsi üçün böyük əhəmiyyət kəsb edir.

Böyük-20-liyin sammiti İslam Dövlətinə qarşı mübarizədə iştirak edən ölkələrin regionda sabitliyin bərqərar edilməsi yollarının müzakirəsi üçün yaxşı bir imkan olacaq.

Həm Birləşmiş Ştatlar, həm də Türkiyə bir-biri üçün nə qədər mühüm olduqlarını anlayır. Təhlilçilərin fikrincə bu ölkələrin mövqelərinin üst-üstə düşməsi çox mühümdür.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG