Accessibility links

ABŞ Ukraynaya 457,5 milyon dollar əlavə yardım ayırır


ABŞ dövlət katibi Antoni Blinken bazar ertəsi bildirib ki, ABŞ Ukraynaya hüquq-mühafizə orqanları və mülki təhlükəsizlik üçün daha 457,5 milyon dollar ayırır.

ABŞ-ın baş diplomatı bildirib ki, daha əvvəl Kyivə göndərilən 187 milyon dollarla yanaşı, Rusiyanın 7 aylıq işğalına qarşı yardımını davam edəcəyini və Vaşinqtonun bu vəsaiti birbaşa Ukrayna Milli Polisinə və Dövlət Sərhəd Xidmətinə göndərəcək.

"Bizim fərdi mühafizə vasitələrimiz, tibbi ləvazimatlar və zirehli maşınlarla təmin etməmiz Ukrayna vətəndaşları və onların müdafiəçiləri arasında itkiləri əhəmiyyətli dərəcədə azaldıb”" Blinken bildirib.

Onun sözlərinə görə, yeni göndəriləcək pulların bir hissəsi Ukrayna qüvvələrinə və dinc sakinlərə qarşı vəhşiliklər törədən, minlərlə insanın ölümünə səbəb olan rus ordusunun təhqiqatı və təqibini davam etdirməyə yardım edəcək.

"Birləşmiş Ştatlar Ukrayna xalqı ilə yan-yanadır və demokratik, müstəqil və suveren Ukraynanı dəstəkləməyə sadiqdir" - deyə, Blinken yardım paketini elan edərkən bildirib.

XS
SM
MD
LG