Ukraynanın Rusiyaya zərbə endirmək üçün ABŞ və Britaniya tərəfindən verilən silahlardan istifadəyə qoyulan məhdudiyyətlərin azaldılmasına dair çağırışları fonunda Birləşmiş Ştatlar Prezidenti Co Bayden cümə günü Böyük Britaniyanın Baş naziri Keir Starmer ilə görüşür.
Danışıqlar Ağ Evin siyasətində dəyişikliyə doğru hərəkət edə biləcəyinə dair işarələrin olduğu və Rusiya prezidenti Vladimir Putinin Ukraynanın uzaqmənzilli silahlardan istifadəsinin NATO-nu Moskva ilə müharibə vəziyyətinə salacağı barədə xəbərdarlıq etdiyi bir vaxt keçirilir.
ABŞ dövlət katibi Antoni Blinken və Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi bu həftə Kyivə etdikləri səfər zamanı Ukrayna rəsmiləri Qərbin verdiyi uzunmənzilli raketlərdən Rusiyanın daha dərinliklərindəki hədəflərə qarşı istifadə etmək çağırışlarını bir daha təkrarlayıb. Blinken Bayden və Starmerin səfərləri zamanı "şübhəsiz" ki, bu məsələni müzakirə edəcəklərini deyib. O, qeyd edib ki, Rusiyanın döyüş meydanı strategiyası dəyişdiyi üçün ABŞ-ın uyğunlaşıb və "lazım gəldikdə düzəlişlər edəcək".
Bu sözlər Blinkenin may ayında ABŞ-ın Ukraynaya verdiyi silahlardan Rusiya ərazisi daxilində istifadə etməsinə icazə verməzdən bir qədər əvvəl dediklərinə bənzəyir. Silahardan istifadə məsafəsi əsasən münaqişənin daha da geskalasiya etməsi ilə bağlı narahatlıqlar səbəbindən birbaşa təhlükə hesab edilən sərhədyanı hədəflərlə məhdudlaşıb.
Liderlərin görüşünü planlaşdıran, lakin bunu müzakirə etmək səlahiyyəti olmadığı üçün anonimlik şərti ilə danışan iki ABŞ rəsmisinin sözlərinə görə, bu məsələnin liderlərin gündəmində birinci yerdə olacağı gözlənilsə də, Bayden və Starmerin bu səfəri zamanı hər hansı siyasət dəyişikliyi elan etmələri çətin görünür.
Blinkendən əlavə, Bayden də dəyişikliyin mümkün ola biləcəyinə işarə edib. Bu həftənin əvvəlində jurnalistlərlə Ukraynaya qarşı silah məhdudiyyətlərini yumşaltmağa hazır olub-olmadığı ilə bağlı sualın cavabında o, "Biz hazırda bunun üzərində işləyirik" deyib.
Putin cümə axşamı xəbərdarlıq edib ki, uzaqmənzilli zərbələrə icazə verilməsi "NATO ölkələri, ABŞ və Avropa ölkələrinin Rusiya ilə müharibə vəziyyətində olması demək olardı. Əgər belədirsə, o zaman bu münaqişənin mahiyyətindəki dəyişikliyi nəzərə alaraq və bizim üçün yaradılacaq təhdidlərə əsaslanaraq, müvafiq qərarlar verəcəyik" deyə, xəbərdarlıq edib.
Forum