Accessibility links

Prezident Obama Ukraynaya hərbi yardım məsələsini yenidən nəzərdən keçirəcək


Birləşmiş Ştatların aparıcı "New York Times" qəzetinin yazdığına görə, Vaşinqton Kiyevi hərbi təchizatla təmin etməklə bağlı mövqeyini bir də nəzərdən keçirəcək.

"New York Times"ın bazar günü dərc etdiyi məqalədə deyilir ki, prezident Barak Obama Ukrayna ordusunu silahla təmin etməklə bağlı qərar qəbul etməyib və onun administrasiyası bu məsələyə yenidən nəzər salacaq.

Məqalədə adı açıqlanmayan mənbələrə əsasən bildirilir ki, dövlət katibi Con Kerri, Baş Qərargahlar rəisi, general Martin Dempsi və cənab Obamanın Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Süzan Rays Ukrayna ordusuna hərbi yardımla bağlı müzakirələrə hazırdır.

Qəzet hələ noyabr ayında, Ukrayna prezidenti ABŞ-dah hərbi yardım istədikdən sonra Birləşmiş Ştatların o zaman müdafiə naziri Çak Hegelin bu fikri dəstəklədiyini yazıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Slovakiyada baş nazir Fitsoya atəş açılıb, vəziyyəti ağırdır
please wait

No media source currently available

0:00 0:11:06 0:00
XS
SM
MD
LG