Accessibility links

ABŞ Ukraynaya silah və hərbi təlimlər üçün 200 milyon dollar ayırır


Arxiv fotosu - Kyiv yaxınlığında Borispol hava limanında ABŞ-ın Ukraynaya təhlükəsizlik yardımının bir hissəsi olaraq çatdırılan hərbi yardım yükləri bo.aldılır, 25 yanvar 2022-ci il.
Arxiv fotosu - Kyiv yaxınlığında Borispol hava limanında ABŞ-ın Ukraynaya təhlükəsizlik yardımının bir hissəsi olaraq çatdırılan hərbi yardım yükləri bo.aldılır, 25 yanvar 2022-ci il.

Prezident Co Bayden Ağ Evin bildirdiyinə görə, şənbə günü Ukraynaya 200 milyon dollar dəyərində silah və digər yardımın ayrılmasını təsdiqləyib. ABŞ yardımı Ukrayna rəsmilərinin Rusiya qüvvələri tərəfindən şiddətli artilleriya atəşlərinin evakuasiya cəhdlərini təhlükə altına aldığını bildirdiyi vaxt ayırır.

Bayden Dövlət katibi Antoni Blinkenə müraciətində Xarici Yardım Aktı çərçivəsində maliyyələşdirilən təxminən 200 milyon dollar məbləğində vəsaitin Ukraynanın müdafiəsi üçün ayrılması haqda göstəriş verib.

Yüksək səviyyəli administrasiya rəsmisinin sözlərinə görə, ABŞ-ın 2021-ci ilin yanvarından bəri Ukraynaya təhlükəsizlik sahəsində göstərdiyi yardımının ümumi məbləği bununla 1,2 milyard dollara çatıb. 2014-cü ildə Rusiyanın Ukraynanın Krım regionunu ilhaq etdiyi vaxtdan bəri isə ABŞ-ın ümumi yardımı 3,2 milyard dollar təşkil edib.

Maliyyə vəsaiti Müdafiə Nazirliyinin ehtiyatlarından silah və digər müdafiə ləvazimatlarının alınmasına, həmçinin Ukraynaya kömək məqsədilə hərbi təhsil və təlimlərə sərf oluna bilər.

“Bu, Ukraynaya tank əleyhinə, zenit-raket sistemləri və Ukraynanın cəbhə xəttində müdafiəçiləri dəstəkləmək üçün silahlar daxil olmaqla təcili hərbi yardımı təmin edəcək”, adının açıqlanmaması şərti ilə danışan rəsmilərdən biri bildirib.

Maliyyə vəsaitləri ABŞ Konqresinin sentyabr ayına qədər ABŞ hökumətinin işini maliyyələşdirmək üçün 1,5 trilyon dollarlıq qanun layihəsinin bir hissəsi kimi Ukraynaya 13,6 milyard dollar təcili yardımı təsdiqlədikdən bir neçə gün sonra ayrılır.

Ukrayna daha çox “Javelin” tank əleyhinə silahlar və “Stinger” raketlərinin verilməsini istəyir.

ABŞ Konqresi Ukraynaya 13,6 milyard dollarlıq təcili hərbi və humanitar yardım paketini cümə axşamı təsdiq edib.

XS
SM
MD
LG