Accessibility links

ABŞ Cənubi Sudana silah embarqosu tətbiq edə bilər


Mənbələriin Reuters xəbər agentliyinə bildirdiyinə görə, Birləşmiş Ştatlar Cənubi Sudana qarşı silah embarqosu tətbiq edəcəyi gözlənilir.

Bu məlumatı Reuters agentliyinə gizli bildirən mənbə Cənubi Sudanda vətəndaş müharibəsinə və humanitar böhrana son qoyulması üçün Birləşmiş Ştatların prezident Selva Kiirə təzyiqləri artırmağa qərar verdiyini deyib.

Cənubi Sudanda müharibə tərəfləri dəfələrlə atəşkəs rejimini pozub və ABŞ nüfuzlu ordu başçısı Pol Malonq da daxil edilməklə, prezident Kiirə yaxın bəzi yüksək vəzifəli məmurların işlərindən azad və sürgün edilməsinə nail olub.

Reuters-ə məlumatı ötürən mənbə bildirib ki, ABŞ-ın Cənubi Sudanla silah ticarəti olmasa da, bu Afrika ölkəsinə silah şərqi Avropa ölkələrindən qonşu dövlətlər vasitəsilə axıdılmaqda davam edir.

Oktyabrın sonunda Cənubi Sudanı ziyarət edən və prezident Kiirlə görüşən ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı səfiri Nikki Heyli keçən çərşənbə günü Təhlükəsizlik Şurasına Cənubi Sudana qarşı slah embarqosu qoyulmasının vaxtının çatdığını deyib.

XS
SM
MD
LG