Accessibility links

ABŞ İsraili Qəzzada mülki əhalini qorumağa, yardımları artırmağa çağırıb


Birləşmiş Ştatlar bazar günü İsraildən Qəzzada mülki əhalini qorumasını tələb edib və İsrailin üç həftədir anklava bombardmanı davam etdiyinə görə artan etirazlar fonunda bölgəyə humanitar yardımın təcili olaraq artırılmasına çağırıb.

Ağ Evdən verilən məlumata görə, prezident Co Bayden İsrailin Baş naziri Netanyahuya zəng edərək deyib ki, İsrail özünü müdafiə etmək hüququna malikdir və bunu mülki şəxslərin müdafiəsi ilə bağlı beynəlxalq qanunlara uyğun şəkildə etməlidir.

Bayden və Netanyahu oktyabrın 7-də Fələstinin HƏMAS militantlarının İsrailə 1400 nəfərin ölümü ilə nəticələnən gözlənilməz hücumu zamanı girov götürdükləri 200-dən çox israillini qorumaq səylərini müzakirə ediblər.

Ağ Ev bildirib ki, Bayden həmçinin mühasirəyə alınmış sahil anklavına yardım çatdırılması azaldığı üçün "Qəzzada mülki əhalinin ehtiyaclarını ödəmək üçün humanitar yardım axınının dərhal və əhəmiyyətli dərəcədə artırılmasının zəruriliyini vurğulayıb".

Qəzza zolağında ölənlərin sayının minlərlə olması və bu sayın getdikcə artmasına görə, Bayden administrasiyası İsrailə verdiyi davamlı dəstəyin müttəfiqinin yoxsul anklavda gördüyü hər şeyin ümumi təsdiqinə çevrilmədiyini aydınlaşdırmaq üçün artan təzyiq altındadır.

Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bazar günü televiziyaya verdiyi müsahibəsində deyib ki, İsrail Qəzzada günahsız insanların həyatının qorumasında məsuliyyət daşıyır.

Sallivanın dediyinə görə, Vaşinqton humanitar yardımla bağlı məsələlər, terrorçularla günahsız mülki şəxslər arasında fərq və İsrailin hərbi əməliyyatları ilə bağlı planları da daxil olmaqla, İsraili ciddi suallar qarşısında qoyur.

"Biz bu hərbi əməliyyatların hər saat, hər gün İsrail Müdafiə Qüvvələri qanuni hərbi hədəflər olan HƏMAS terrorçuları ilə mülki şəxsləri ayırd etmək üçün əllərində olan bütün vasitələrdən istifadə etməli olduğunu düşünürük" - deyə, o, CNN tele-kanalında bildirib.

Sallivan həmçinin bildirib ki, Netanyahunun İsrail tərəfindən işğal olunmuş İordan çayının qərb sahilindəki ekstremist yəhudiləri "cilovlamaq" məsuliyyəti də var. O, "İordan çayının qərb sahilində məskunlaşan ekstremistlərin günahsız insanlara qarşı zorakılığı tamamilə qəbuledilməzdir" deyib.

Bayden özünün Demokrat Partiyası tərəfindən atəşkəs tələbləri ilə bağlı təzyiqlərlə üzləşib.

Forum

XS
SM
MD
LG