Accessibility links

ABŞ BMT-də Qəzzada atəşkəsə yenidən veto qoydu, öz qətnamə layihəsini təklif etdi


ABŞ BMT-də Qəzzada atəşkəsə yenidən veto qoydu, öz qətnamə layihəsini təklif etdi
please wait

No media source currently available

0:00 0:03:09 0:00

Birləşmiş Ştatlar çərşənbə axşamı yenidən ərəb ölkələrinin dəstklədiyi BMT Təhlükəsizlik Şurasnın Qəzzada dərhal atəşkəsə çağıran qətnaməsini veto edib. Ancaq bu dəfə Vaşinqton müvəqqəti atəşkəsə çağıran və İsrailin mülki müdafiə olmadan Rəfaha qurudan hücumunu rədd edən öz qətnaməsini irəli sürüb. Bu, Preizdent Co Baydnin İsrailə qarşı ən güclü rıçaqdır və onun Baş nazir Benyamin Netanyahu ilə səbrinin tükəndiyinə işarədir.

İsrail Misir sərhədi yaxınlığında olan və bir milyondan çox fələstinlinin təhlükəsizlik axtardığı Rəfaha zərbələr endirməyə davam edir. Onların taleyi Nyu-Yorkda diplomatlar tərəfindən müzakirə edilib. ABŞ çərşənbə axşamı Qəzzada dərhal atəşkəs tələb edən ərəblərin dəstəklədiyi BMT qətnaməsinə yenidən veto qoyub.

Bu, İsrail HƏMAS-ın oktyabrın 7-də İsrailin cənubuna hücumundan sonra fələstinli anklavda hərbi əməliyyata başlayandan bəri ABŞ-ın üçüncü vetosudur.

BMT-də fələstinli nümayəndə Riyad Mənsur bu addımı “ehtiyatsız və təhlükəli” adlandırıb.

“Milyonlarla günahsız fələstinli mülki vətəndaşı qəzəbinə və daha da saysız-hesabsız dəhşətlərə məruz qoyarkən ən sarsıdıcı cinayətləri törətdiyi halda İsraili qorumaq. Veto ilə qorunmalı olan İsrail deyil. Məhz fələstinli uşaqlar, qadınlar və kişilər hazırda fəaliyyət göstərən bu şura tərəfindən qorunmalıdır,” o söyləyib.

ABŞ Qəzzada İsrail və HƏMAS arasında girov razılaşması təmin edildikdən sonra altı həftəyə qədər müvəqqəti atəşkəsə çağıran öz qətnamə layihəsini təklif edib. ABŞ Misir və Qətərlə birlikdə bu razılaşmanı əldə etməyə çalışır.

ABŞ həmin qətnamə layihəsində həmçinin oktyabrın 7-dəki hücumu pisləyir və Qəzzanın gələcək idarəçiliyində HƏMAS-ın yeri olmadığını açıqlayır.

“Bundan əlavə bizi qətnamə layihəmizdə deyilir ki, Qəzza zolağının ərazisində azaldılma ola bilməz və 2720 saylı qətnamədə təklif etdiyimiz kimi, Qəzzada mülki şəxslərin məcburi köçürülməsini rədd edir. O, həmçinin bir çox şura üzvlərinin Rəfahdakı mülki şəxslərin taleyi ilə bağlı narahatlığını vurğulayır. Mövcud şəraitdə Rəfaha böyük qurudan hücumun həyata keçirilməməli olduğunu qeyd edir,” ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild deyib.

Skeptiklər ABŞ-ın qətnamə layihəsini fələstinlilərin iztirablarını uzadacaq diplomatik hiylə olaraq görürlər. İsrail xəbərdarlıq edib ki, HƏMAS-ın saxladığı bütün girovlar Ramazan ayı martın 10-da başlayana qədər azad edilməsə, Rəfahda qurudan hücuma keçəcək.

“Hər gün təhdidlər və bəyanatlar olur. Biz hara gedəcəyimizi bilmirik,” Rəfahda fələstinli Nihal Obeid deyir.

Ancaq ABŞ-ın qətnamə layihəsi Vaşinqtonun İsrailin müharibənin aparma şəklinə qarşı mövqeyinin sərtləşdyini əks etdirir.

“Bu ilk dəfədir ki, ABŞ İsrailin Qəzzada apardığı kampaniya və İordan çaynın qərb sahilindəki vəziyyətlə bağlı bəzi kifayət qədər güclü üstüörtülü tənqidlərinin yer aldığı mətn irəli sürüb. Və mən düşünürəm ki, Bayden administrasiyası İsraili BMT-də qorumağa davam edəcəyinə dair incə bir işarə göndərə bilər, lakin onun səbri sonsuz deyil,” Beynəlxalq Böhran Qrupundan Riçard Qovan deyir.

İsrailin baş naziri Benyamin Netanyahu beynəlxalq təzyiqlərə boyun əyməməyə söz verib. Bu həftə onun müharibə kabineti Prezident Co Baydenin baş müşaviri Brett MakQurkla görüşür ki, o, İsrailə girov sövdələşməsinə razılaşması və Rəfahda quru əməliyyat keçirməkdən yayınması üçün təzyiq göstərəcək.

Forum

XS
SM
MD
LG