Accessibility links

Tayvan prezidentinin Taypinq adasına səfər planı etirazlara səbəb olub


ABŞ rəsmisi bildirib ki, Tayvan prezidenti Ma Yinq-Ceounun Cənubi Çin Dənizindəki adaya planlaşdırılmış səfəri regional münaqişənin həllinə azacıq da olsa kömək ola bilməz.

Cənab Manın administrasiyasından bildiriblər ki, prezident Qəməri Yeni İli ərəfəsində Taypinq adasına gedərək orada qərargahlanan Tayvan hərbi personalı ilə görüşəcək.

Təbii ehtiyatlarla zəngin ada Çin və Asiya-Sakit Okean qonşuları arasında ərazi münaqişəsinin mərkəzində dayanır.

"Biz prezident Ma Yinq-Ceounun Taypinq adasına səfər planlaşdırmasında dərin təəssüflük hissi keçiririk" - deyə ABŞ-ın Tayvandakı de fakto səfirliyi kimi tanınan Amerika İnstitutunun sözçüsü Sonya Urbom bildirib.

Vyetnamın Tayvandakı de fakto səfirliyi kimi tanınan Taypeydə yerləşən Vyetnam İqtisadiyyat və Mədəniyyət İdarəsinin nümayəndəsi Tran Duy Hay da planlaşdırılan səfərlər bağlı fikirlərini ifadə edib.

"Əgər o getsə, bölgədə gərginlik artacaq" - deyə Tran bildirib.

Taypinq Spratli erxipelaqında yerləşən çoxsaylı kiçik adadan biridir. Bu adaya Pekin və Taypeylə yanaşı, Vyetnam, Filippin, Malayziya və Bruney də iddia edir.

XS
SM
MD
LG