Accessibility links

Bayden Rusiya Ukraynaya müdaxilə edərsə, 'ciddi' addımlar atacağına dair xəbərdarlıq edib


Çərşənbə günü Rusiya qonşu Ukraynaya müdaxilə edəcəyi halda ABŞ-ın Prezident Vladimir Putinə qarşı sanksiyaları perspektivini rədd edib.

Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə deyib ki, bu cür sanksiyalar siyasi baxımdan ağrılı olmayacaq, əksinə, “dağıdıcı” olacaq.

Çərşənbə axşamı ABŞ prezidenti Co Bayden Rusiya liderinin Ukrayna sərhədi boyunca zərbələr endirməyə hazır olan təqribən 127 min əsgəri səfərbər edəcəyi təqdirdə Putin üçün “ağır” və “böyük” nəticələr, o cümlədən Putinin özünə qarşı şəxsi sanksiyalar barədə xəbərdarlıq edib.

“Mən əvvəldən prezident Putinə açıq şəkildə bildirdim ki, o, Ukraynaya girsə, ciddi nəticələr, o cümlədən mühüm iqtisadi sanksiyalar olacaq və özümüzü NATO-nun şərq cəbhəsində, Polşada, Rumıniyada və s. yerlərdə mövcudluğunu gücləndirmək məcburiyyətində hiss edəcəm. Əgər o, bütün bu qüvvələrlə birlikdə hərəkət etsəydi, bu, İkinci Dünya Müharibəsindən bəri ən böyük müdaxilə olardı. Bu, dünyanı dəyişdirərdi” - deyə, Bayden qeyd edib.

O, həmçinin vurğulayıb ki, bu həftə yüksək hazırlıq vəziyyətinə gətirilən 8500 ABŞ əsgərindən heç biri Ukrayna ərazisinə köçürülməyəcək və onlar tək ABŞ əməliyyatı deyil, NATO əməliyyatı çərçivəsində yerləşdiriləcək. O, bu qoşunları oraya nə vaxt göndərməyə qərar verə biləcəyini açıqlamayıb.

Bayden ABŞ-ın təhdidlərlə üzləşən NATO müttəfiqlərinə kömək etmək üçün “müqəddəs öhdəliyi” olduğunu bildirib. Ukrayna NATO-nun üzvü deyil, baxmayaraq ki, olmaq istəyir. Bununla belə, qonşu Rusiya NATO-ya mümkün üzvlüyünü təhlükə hesab edir və təhlükəsizlik alyansından Ukraynanın üzvlükdən yayınmasını tələb edir. Putin Ukraynanı işğal etmək niyyətində olmadığını, lakin NATO-nun şərqə doğru genişlənməsini təhlükə olaraq gördüyünü bildirib.

"Və mən NATO müttəfiqlərimizin hər biri ilə danışdım ... virtual olaraq və hamımız eyni fikirdəyik. Biz açıq şəkildə bildirməliyik ki, heç kimin, NATO-nun hər hansı bir üzvünün narahat olması üçün heç bir səbəb yoxdur... Biz - NATO onların müdafiəsinə qalxacağıq” - deyə, Bayden qeyd edib.

XS
SM
MD
LG