Accessibility links

Amerikanın şərq bölgəsində "bomba siklonu" adlanan hava şəraiti hökm sürür


Birləşmiş Ştatların şərq sahillərinin 40 milyon sakini sinoptiklərin "bomba siklonu" adlandırdıqları, Atlantik okeanından gələn güclü firtına ilə üzləşır.

İlk çovğun keçən gecədən başlayaraq Orta Atlantik bölgəsinə doğru irəliləyib.

Çovğunun Birləşmiş Ştatların şimal-şərqindəki Massaçutses ştatının artıq məktəbləri bağlı olan Boston şəhərinə doğru irəlilədiyi və bölgəyə 20 sm-ə qədər qar yağacağı gözlənilir.

Güclü küləyin Nyu England sahillərini və Kanadanı da vuracağı gözlənilir. Çovğunun Meyn ştatından Virciniyanın sahil bölgələrinə doğru irəliləyəcəyi deyilir.

Sinoptiklərlərin çovğunu bomba adlandırmalarının səbəbi 24 saat ərzində təzyiqin kəskin azalması və bunun güclü küləklərlə müşayiət olunmasıdır.

Son 30 ildə ilk dəfə Florida ştatının Talahassi bölgəsinə qar yağıb. Gorciya və Karolinalarda yollar buz bağlayıb.

Rekord soyuqlar səbəbi ilə məktəblər bağlanıb. Bayram tətillərində 4 nəfər soyuqdan ölüb.

XS
SM
MD
LG