Accessibility links

Kaliforniya ştatı güclü leysanlar və fırtınalarla üzləşir


Kaliforniya ştatı güclü leysanlar və fırtınalarla üzləşir
please wait

No media source currently available

0:00 0:02:35 0:00

Kaliforniya ştatı güclü leysanlar və fırtınalarla üzləşir

Kaliforniyada alimlərin “atmosfer çayı” adlandırdıqları güclü leysanlar və fırtınaların dağlardakı nəhəng qar örtüyü ilə birlikdə bir vaxtlar quraqlıqdan əziyyət çəkdiyi ştata daha çox daşqın gətirəcəyi gözlənilir. Alimlər xəbərdarlıq edirlər ki, ekstremal hava şəraitinin arxasında iqlim dəyişikliyi dayanır.

Kaliforniyada yolları və əkin sahələrini su basıb. Bu qış mövsümündəki qar örtüyünün əriməsi ilə yaranan "atmosfer çayı fırtınası" onilliklər boyu quraqlıqdan əziyyət çəkən ştata milyardlarla litr su gətirib. "Atmosfer çayı fırtınası" nədir?

NOAA İqlim Proqnozlaşdırma Mərkəzindən Con Qotşalk: "Bu, adi fırtına sistemidir, lakin onu unikal edən Sakit Okeanın qərbində, istərsə də dərin tropik bölgələrdə tropik rütubətə daxil olması və ya onunla əlaqə qurmasıdır. Fevralın 28-dək Kaliforniya və Qərb Sahilini vuran təxminən 12 və ya daha çox "atmosfer çayı" olub ki, bu da orta hesabdan çoxdur."

Bəs əriyən qar örtüyü haqqında nə demək olar? Bu, Kaliforniyaya necə təsir edir? Siyerra Mərkəzi Qar Laboratoriyasından Endryu Şvartz: "Biz qış ərzində qar yağdıqdan sonra yığılan qar örtüyünün miqdarından başlayırıq Və bu, hazırda Siyerra Nevada boyu rekord səviyyədədir. Və biz indi ərimə mövsümünə keçirik və bu o deməkdir ki, qar örtüyü əridikcə bizim bulaqlarımıza və çaylarımıza axacaq."

Fırtınalar və daşqınlar dağıntılara və hətta ölümə səbəb olub. Lakin bu suların əsas su anbarlarını dolduracağı gözlənilir. Con Qotşalk: "[Quraqlığa] müsbət təsirlər demək olar ki, diqqətəlayiqdir. Güclü qar yağışı və atmosfer çayları, bütün bunlar həqiqətən su anbarlarının səviyyəsini kəskin şəkildə artırıb. Beləliklə, orpaqda və ya ümumiyyətlə səthdəki sular nəmliyi həqiqətən artırıb."

Təbiət Kaliforniyada vəziyyəti yaxın müddətdə düzəldə bilər. Lakin elm adamları deyirlər ki, dünya getdikcə istiləşir, bu da qarın daha sürətli əriməsinə və çayların daha da yüksəlməsinə səbəb olur. Tarlaları yenidən məhsuldar etsə belə, bir çox kaliforniyalı bu sulardan bezib. Kaliforniya sakini Dayan Blank: "Düşünürəm ki, yağışların çox yağması, qarların əriməsi, küləklər və və daşqınlar ən böyük narahatlıqlardandır."

Qar örtüyü aprelin 1-də ölçüləcək, çünki bu, onun adətən ən dərin olduğu vaxtdır. Hazırda isə o, yaz əriməsi səbəbilə orta səviyyədən yüzlərlə faiz yuxarıdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG