Accessibility links

ABŞ-ın cənubunda güclü küləklər tornadolara, güclü qara səbəb olub


Ölkə boyu əsən güclü küləklər Oklahoma və Texas ştatlarının bəzi yerlərində, eləcə də Dallas-Fort Worth bölgəsində evləri dağıdan və bir neçə insanı yaralayan tornadolara səbəb olub. Amerika Birləşmiş Ştatlarının mərkəzi ştatlarında çovğuna hazırlıqlar başlanıb.

Montanadan Qərbi Nebraska və Koloradoya qədər uzanan bir ərazi çovğun xəbərdarlığı altında olub. Milli Hava Xidməti Cənubi Dakotanın qərbi və Nebraskanın şimal-qərbindəki bəzi ərazilərdə 61 santimetrə qədər qar yağacağının mümkün olduğunu bildirib.

Sinoptiklər fırtınanın orta qərbin yuxarı hissəsini buz, yağış və qarla qarışdıracağını, həmçinin şimal-şərq və mərkəzi Appalaçilərə doğru hərəkət edəcəyinin gözlənildiyini bildirir.

Qərbi Virciniyadan Vermont ştatına qədər sakinlərə qar, buz və sulu qarın mümkün qarışığına diqqət yetirmələri olduğu bildirilib. Milli Hava Xidməti fırtınaya vaxtından asılı olaraq, çərşənbə gecəsindən cümə günü günorta saatlarına qədər xəbərdar olmağı tövsiyə edib.

Oklahoma ştatının Norman Fırtına Proqnoz Mərkəzinin bildirdiyinə görə, təhlükəli hava şəraiti Luiziana, Missisipi, Alabama və Florida Panhandl ştatlarında da çərşənbə günü davam edir.

Milli Hava Xidmətinin meteoroloqu Tom Bradşou bildirib ki, cənubda tufanlar sübh saatlarında Şimali Texas və Oklahoma ştatlarına tornadolar, dağıdıcı küləklər, dolu və güclü yağışlar gətirib.

Çərşənbə axşamı rəsmilər Dallas-Fort Worth bölgəsinin şimalındakı şəhərətrafı ərazilərdə onlarla evin və biznesin zədələndiyini və bir neçə insanın yaralandığını bildirib.

Uçuşları izləyən "FlightAware" xidmətinin məlumatına görə, əraziyə daxil olan və kənardakı hava limanlarında 1000-dən çox aviareys gecikib, 100-dən çoxu isə təxirə salınıb.

XS
SM
MD
LG