Accessibility links

ABŞ-da rekord şaxtalar


Birləşmiş Ştatların mərkəz bölgəsində təhlükəli səviyyəyə çatan şaxtalı hava şəraiti güclü küləklərlə müşayiət olunur. Şimal Qütbündən qaynaqlanan şaxtalı hava burulğanı bu gün ölkənin cənub və şərq istiqamətlərində hərəkət etməyə başlayıb.

ABŞ-ın şərq bölgəsində Boston, Nyu-York, Filadelfiya və Vaşinqton kimi böyük şəhərlərdə havanın temperaturu mənfi 10 dərəcədən aşağı səviyyəyə düşüb, külək havanın daha da soyuqlaşmasına səbəb olub.

Temperaturların adətən isti olduğu Florida və Texas ştatında da havalar şaxtalı keçir. Dünən cənubi Tennessi ştatında qeydə alınan temperatur Alyaska ştatında qeydə alınan temperaturdan daha soyuq olub.
​Pis hava şəraiti ilə əlaqədar bir çox şəhərdə məktəblər bağlanıb. Həkimlər belə şaxtanın əsasən uşaqlarda bir neçə dəqiqə ərzində bədən üzvlərini dondura biləcəyinə dair xəbərdarlıq ediblər.

Paytaxt Vaşinqtonda temperatur hazırda -12° dərəcədir.

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG