Əfqanıstan prezidenti bildirib ki, ölkənin ağsaqqalları 2014-cü ildən sonra Əfqanıstanda qalacaq ABŞ qoşunlarının əfqan qanunlarına əsasən toxunulmazlıq statusu verilib-verilməməsinə dair qərar qəbul etmələri üçün bir araya gəlməlidir.
Həmid Karzay bu gün Kabildə deyib ki, toxunulmazlıq statusuna dair qərarı əfqan hökuməti deyil, əfqan xalqı verməlidir.
Cənab Karzay ötən həftə ABŞ prezidenti Barak Obama ilə Ağ Evdə görüşüb. Cənab Obama 2014-cü ildə NATO qoşunları Əfqanıstandan çıxdıqdan sonra yerli məhkəmə orqanları tərəfindən toxunulmazlıq statusu verilmədiyi təqdirdə Amerika qoşunlarının ölkədə qalmayacağına dair xəbərdarlıq edib.
Həmid Karzay bu gün toxunulmazlıq statusu barədə razılığın əldə olunmasının səkkiz, doqquz ay çəkəcəyini deyib.