Accessibility links

ABŞ prezidentliyinə namizədlər seçkilər öncəsi son kampaniyalarını keçirir


ABŞ prezidenti Barak Obama və onun respublikaçı rəqibi, sabiq Massaçusetts qubernatoru Mitt Romni çərşənbə axşamı keçiriləcək seçkilər öncəsi kampaniyalarını davam etdirir.

Romni Barak Obamanı ölkədəki işsizlik səviyyəsinə görə tənqid edib. O, oktyabr ayında 7.9 faiz təşkil edən işsizliyi iqtisadiyyatdakı durğunluğa işarə kimi qiymətləndirib. Mitt Romn ihazırda işsizliyin Obama hakimiyyətindən əvvəllə müqayisədə daha da artdığını vurğulayıb.

Prezident Obama isə işsizlik göstəricilərini real inkişaf kimi qiymətləndirib, Lakin görüləsi çox iş olduğunu bildirib.

Viskonsin, Nevada, Kolorado və Ohayo ştatlarında keçirdiyi görüşlərdən sonra cənab Obama qalan bütün günü Ohayoda keçirəcək. Ohayo ştatı hər iki namizəd üçün mühüm ştat hesab olunur. Cənab Obama son dörd günün hər birində Ohayo ştatına getməyi planlaşdırır.

Romni bu gün Viskonsin və Ohayo ştatlarına səfər edir. Ohayo ştatının Vest Çester şəhərində o, qüvvələrini Paul Raynla birləşdirəcək. Cənab Romninin kampaniyasını dəstəkləmək üçün təxminən 100 qubernator, senator, mer və başqa rəsmilərin toplaşacağı deyilir. Cənab Romni kampaniyasının son günü Nyu-Hampşer, İova və Kolorado ştatlarına səfər etməyi planlaşdırır.

Namizədlərin eyni ştatlarda mərkəzləşmələrinə səbəb bu ştatların seçkilərdə qələbə qazanmaq üçün mühüm olmasıdır.
XS
SM
MD
LG