Accessibility links

ABŞ Fars Körfəzində pilotsuz təyyarələrdən istifadə olunmadığını bildirib


ABŞ dəniz donanmasının sözcüsü İranın dövlət televiziyasınin yayımladığı Fars Körfəz suları üzərindən İran sərhədini Amerikaya aid pilotsuz təyyarənin aşması xəbərindən sonra Yaxın Şərqdə Amerikanın pilotsuz təyyarələrdən istifadə olunmadığını bəyan edib.

Dəniz donanmasının sözcüsü bu gün bildirib ki, regionda olan bütün pilotsuz təyyarələr etibarlıdır.

İran mətbuatı pilotsuz Tədqiqat-Qartal təyyarəsinin patrul xidməti çəkən və məlumat toplayan İran dəniz donanmasının İnqilab Keşikçiləri tərəfindən ələ keçirildiyini bildirib.

Ötən ay İran Pentaqonun iki İran döyüş təyyarəsinin Fars Körfəzində pilotsuz ABŞ təyyarəsini vurmasına dair məlumatı təstiqləyib.

İran Tələbə Xəbər təşkilatı İranın müdafiə naziri Əhməd Vahidə istinadən bildirib ki, İran silahlı qüvvələri ölkənin hava sərhəddini pozan təyyarəyə qarşı tətdbir görüb.

Pilotsuz təyyarənin harada və necə ələ keçirildiyi barədə məlumat verilmir.
XS
SM
MD
LG