Accessibility links

Pandemiya dövründə ABŞ-da cinayətlərin sayı 30% artıb 


Koronavirus pandemiyasının ilk ilində ABŞ-da işlənən cinayətlərin sayı 30 fazi artıb. Cinayətlər həm Respublikaçılar, həm də Demokratlara meyilli şəhər və bölgələrin hamısında çoxalıb.

Nebraska Omaha Universitetinin kriminologiya və cinayət ədaləti üzrə dosenti Castin Niksin bildirdiyinə görə, silahların yayılması, epidemiyanın gərginliyi və əhalinin polisə inamsızlığı ölkə daxilində adam öldürmə hallarının artmasına səbəb olub.

"İctimai yerlərdə silahla gəzənlərin sayının artdığına dair sübutlarımız var. Bütün gərginliklərə əlavə olaraq pandemiyanın da gətirdiyi qeyri-müəyyənliklər və iqtisadi narahatlıqların burada mühüm rol oynadığını anlayırıq" - deyə, Niks bildirib. O, həmçinin əlavə edib ki, "Corc Floydun qətli və sonrakı etirazlar da polisin legitimliyinə kölgə salıb".

25 may 2020-ci ildə 46 yaşlı qaradərili Corc Floydun Minnesota ştatında ağdərili polis zabiti tərəfindən öldürülməsi bütün ölkədə polis zorakılığına qarşı etirazlara səbəb olmuşdu.

Əvvəlki araşdırma polis əməkdaşlarının səylərini azaltdığını və ictimaiyyətin diqqətini çəkən polis qətllərindən sonra cinayətlərin artdığını göstərir.

Niks bildirir ki, hətta qanuni olaraq güc tətbiq etsə də, və davranışları tamamilə qanuni cəhətdən ağlabatan olsa belə polis məmurları indi viral videonun növbəti ulduzu kimi özünü günahkar hesab etməkdən çəkinir.

FBI-ın məlumatları göstərir ki, 2020-ci ilin ilk aylarında pandemiya başlayandan bəri silah satışları artıb.

Qurum təkcə 2021-ci ilin mart ayında silah alışı üçün 1 milyon 218 min şəxsiyyət yoxlanışı həyata keçirib ki, bu da federal hökumətin 1998-ci ildə silah satışına nəzarət etməyə başlamasından bəri qeydə alınan ən yüksək rəqəmdir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG