Accessibility links

ABŞ-da güclü qar fırtınası 110 milyondan çox insanı öz təsirinə məruz qoyub


ABŞ-ın Milli Meteoroloji Xidməti ölkənin Texas ştatından şimal qərbdəki Meyn ştatına qədər olan 3200 km ərazini əhatə edən böyük qış fırtınası haqqında xəbərdarlıq edib. Bu bölgələrdə yaşayan 110 milyondan çox insanın buz, qar və şaxtalı hava şəraiti ilə müşayiət olunan qar fırtınasının təsirinə məruz qala biləcəyi bildirilir.

Sinoptiklər fırtına nəticəsində Orta Qərb və Cənub ştatlarındabartıq qar, sulu qar və şaxtalı, yağışlı hava şəraiti yaratdığını, tepmeraturun isə -4 lə -6 arında dəyişəcəyini gözlədiklərini bildirir.

Cənubdan Şimal Qərbə doğru güclü qar yacağı, Texas ştatından Pensilvaniyaya qədər şosse yollarının isə buz tutacağı gözlənilir.

Poweroutage.us onlayn milli elektrik enerjisi monitorinq qrupu bildirir ki, artıq bir çox yerlərdə buz yığılması səbəbindən Tennessidə 115 min, Texasda 70 min, Arkanzasda isə 24 mindən çox insan işıqsız qalıb.

Qar fırtınası ölkə üzrə hava səyahətlərinə də təsir göstərib. Hava nəqliyyatının monitorinqini aparan FlightAware.com saytı 5500 uçuşun ləğv olunduğunu, 3300 uçuşun isə gecikdiyini xəbər verir. Bunların bir çoxu Texasın payına düşür.

Dallas-Fort Worth Beynəlxalq Hava Limanından qalxan və ya hava limanına gəlməsi planlaşdırılan 1100-dən çox reys ləğv edilib.

Təxminən bir il əvvəl ştatda qarlı, şaxtalı hava şəraiti 2,4 milyondan çox insanın günlərlərlə işıqsız qalmasına səbəb olmuşdu. Keçən il hadisə ilə əlaqədar həmin vaxt 140 ölüm halı qeydə alınmışdı.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG