Accessibility links

ABŞ prezidentliyinə respublikaçı namizədlər mühacirət məsələsini müzakirə edib


ABŞ prezident seçkilərində namizədliklərini irəli sürmüş respublikaçı siyasətçilər ilk rəsmi debatdan əvvəl keçirilmiş forumda əsas diqqəti mühacirət məsələsinə yönəldiblər.

17 namizəddən 14-ü Nyu Hempşir ştatınd televiziya ilə ölkə boyu nümaiş etdirilən iki saatlıq müzakirələrdə iştirak edib.

Rəy sorğularına əsasən hazırda irəlidə gedən milyarder Donald Tramp və Arkanzas ştatının qubernatoru Mayk Hakabi forumda iştirak etməkdən imtina edib.

Yerdə qalan namizədlər isə hər biri ilə təkbətək keçirilmiş müsahibələrdə iştirak edib. Bu, Ohayo ştatının Klivlend şəhərində keçiriləcək mərasimdən fərqli formatdır. Klivlenddə keçiriləcək növbəti siyasi tədbirdə namizədlərin biri-birinə sual vermək imkanı olacaq.

Partiyanın qaydalarına uyğun olaraq bu debatda ictimai rəy sorğularında ilk 10 yeri tutan namizədlər iştirak edəcək.

Respublikaçı namizədlər forumda demokratları, xüsusilə də partiyanın öncül namizədi Hillari Klintonu tənqid ediblər. Onlar eyni zamanda, sərhədlərin müdafiəsinin mühacirət siyasətinin əsas tərkib hissəsi olaraq qəbul edilməsinin vacibliyini qeyd edib.

Fox News tele kanalının cümə axşamı günü keçirəcəyi il debatda da eyni mövzuya geniş yer veriləcəyi gözlənilir. Bu, Respublikaçıların Milli Komitəsinin planlaşdırdığı 12 debatdan birincisi olacaq.

XS
SM
MD
LG