Accessibility links

Birləşmiş Ştatlar Suriyada atəşkəslə bağlı Moskva ilə danışıqları dayandırıb


Birləşmiş Ştatlar mülki vətəndaşlara qarşı hücumların davam etdirildiyinə görə Moskva ilə Suriyayada atəşkəs barədə danışıqları dayandırıb.

“Ruslar açıq-aydın nümayiş etdirdilər ki, onlar bu həftə sonu şahidi olduğumuz hücumlara, xəstəxanaları hədəf alan hücumlara ara verməyəcək. Bildiyiniz kimi, ruslarla dialoq qurmaqda bizim başlıca məqsədimiz mühasirədə qalan ərazilərə humanitar yardımın çatdırılmasına çıxış əldə etmək, atəşkəsin davam etdirilməsinə nail olmaq idi. Biz elə bir nöqtəyə gəlmişik ki, artıq Rusiya ilə eyni məqəsədə doğru irəliləmirik” deyə ABŞ Dövlət Departamentinin sözçüsü Elizabet Trudo bildirib.

ABŞ rəsmiləri Rusiya Hələb şəhərinin bombardmanını dayandırmayana qədər danışıqlara başlamayacağını bildirib.

ABŞ sentyabrın 19-u Rusiya ilə Suriyanı BMT-nin yardım karvanına hücumda təqsirləndiurdikdən sonra gərginlik daha da artıb.

Moskva Suriya prezidenti Bəşar Əl-Əsəd hökumətinə hərbi dəstək verib və üsyançılara havadan zərəbələr endirib. Vaşinqton isə Suriya prezidentini hakimiyyətdən devirmək üçün döyüşən bəzi üsyançı qruplara dəstək verir.

XS
SM
MD
LG