Accessibility links

ABŞ Avropaya əlavə 2000 nəfərlik qoşun göndərir


Prezident Bayden Fort Bragg-a Şükranlıq günü etdiyi səfəri zamanı hərbiçilərlə görüşür. 22 noyabr, 2021-ci il
Prezident Bayden Fort Bragg-a Şükranlıq günü etdiyi səfəri zamanı hərbiçilərlə görüşür. 22 noyabr, 2021-ci il

Prezident Co Bayden ABŞ-ın Şimali Karolina ştatındakı Fort Bragg şəhərindəki hərbi bazadan təxminən 2000 əsgəri Avropaya göndərir. Digər tərəfdən Almaniya və Polşa da Almaniyadakı bazadan 1000 əsgəri Rumıniyaya köçürür.

ABŞ Ordunun 82-ci Hava Desant Diviziyasına tabe olan qoşunların Rusiyanın Ukraynaya müdaxiləsi halında "Ukraynada döyüşmək fikrində yoxdur" - deyə, Pentaqonun mətbuat katibi Con Kirbi jurnalistlərə bildirib.

O, qoşunların göndərilməsini Qərbin əsas hərbi müttəfiqi kimi 30 ölkənin təhlükəsizliyini qorumaqla "NATO ilə birlikdə olduğumuzu göstərən siqnaldır" - deyə, izah edib.

Con Kirbi qoşunların daimi olaraq göndərilmədiyini, lakin zəmanət verildiyi halda daha çox qoşun göndərə biləcəyini əlavə edib.

Kirbi həmçinin bildirib ki, indiki qoşunlar əvvəlcədən yüksək hazırlıq vəziyyətinə gətirilən qoşunlardan fərqlidir.

Müdafiə Nazirliyinin nümayəndəsi bildirib ki, ABŞ hələlik inanmır ki, Rusiya prezidenti Vladimir Putin "Ukraynanı işğal etmək qərarı verib". Bununla belə Kirbi əlavə edib ki, Rusiya prezidenti “eskalasiyanı azaltmağa hazır olduğuna da dair heç bir əlamət göstərmir” və sərhədə qoşun toplamaqda davam edir.

Kirbi bildirib ki, ABŞ Putinin Ukraynaya qarşı addımları ilə bağlı “bir sıra gözlənilməz vəziyyətlərə hazırdır”. Və hazırki qoşun yerləşdirməsi atılacaq hərbi "çəkindirmənin əsasını təşkil etmir".

Baxmayaraq ki, ABŞ Ukraynaya hərbi sursatla dəstək verir, Bayden Rusiyanın hər hansı müdaxiləsi ilə mübarizə aparmaq üçün ABŞ qoşunlarını Ukraynaya yerləşdirməyəcəyini bildirib.

Hərbi qərarlar Rusiya ilə Ukrayna sərhədlərində artan hərbiləşməyə dair danışıqların dayandırıldığı bir vaxta təsadüf edir. Bu isə Rusiya prezidenti Vladimir Putinin Ukraynanı işğal etməyə hazır olması ilə bağlı bütün Avropada artan narahatlıqları vurğulayır.

Alyansın şərq cinahında yerləşən kiçik NATO ölkələri işğal hədəfində növbəti ola biləcəklərindən narahatdırlar.

Bundan əvvəl artıq Pentaqon Prezident Baydenin göstərişi ilə 8500 hərbiçini yüksək hazırılıq vəziyyətinə gətirmişdi. Rəsmilər əlavə bölmələrin tezliklə daha yüksək hazırlıq vəziyyətinə gətirilə biləcəyini bildirib. ABŞ-ın hazırda Avropada daimi yerləşdirilmiş 75-lə 80 min civarında əsgəri var.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG