ABŞ rəsmilərinin bildirdiyinə görə, hərbi ekspertlər bazar günü Birləşmiş Ərəb Əmirliklərinin sahilində yerləşən dörd gəmidə bomba partlayışları nəticəsində dəliklər olduğu barədə xəbər verib. Onlar İrandan şübhələnsələr də, bu barədə heç bir sübuta malik deyillər.
Neft tankerlərindən ikisi Səudiyyə Ərəbistanına məxsusdur. BƏƏ gəmilərin "əhəmiyyətli ziyan" aldığını və bunun sabotaj olduğunu söyləyir.
Norveç bayrağı altındakı gəmi və BƏƏ-nə məxsus dördüncü gəmi də hədəf alınıb. Gəmilərdə olanlardan heç kimə zərər dəyməyib və heç bir neft sızıntısı qeydə alınmayıb.
"Liman dünyada gördüyümüz sabotaj hərəkətlərindən təsirinə məruz qalmayacaq, qlobal dəniz qanunları bunu rədd edir," Fücəyrah limanının rəhbəri, kapitan Musa Murad deyir.
ABŞ rəsmilərindən biri deyib ki, Vaşinqton İrandan şübhələnir və insidenti "bölgədə xaos yaratmaq cəhdinin bir hissəsi" adlandırıb.
ABŞ Dəniz Administrasiyası ötən həftə "İran və ya onun regional tərəfdaşlarının neft tankerləri və ya ABŞ hərbi gəmiləri də daxil olmaqla, kommersiya gəmilərini hədəf ala biləcəyi ehtimalı" barədə xəbərdarlıq yayıb.
Prezident Donald Tramp deyib ki, əgər İranın bu hadisə ilə əlaqəsi varsa, bu, çox ciddi bir yanlışlıqdır.