Accessibility links

ABŞ səfirliyi Technology Idea yarışını elan edib [Video]


Technology Idea yarışının qalibləri
Technology Idea yarışının qalibləri

ABŞ-ın Azərbaycandakı səfirliyi 2016-cı ilin Qlobal İnnovasiya üzrə Elm və Texnologiya (GIST) təşəbbüsü çərçivəsində Technology Idea (Tech-I) yarışmasını elan edib.

Səfirliyin rəsmi Facebook səhifəsində yaydığı məlumatda deyilir ki, keçən il ABŞ Dövlət Departamentinin Qlobal İnnovasiya üzrə Elm və Texnologiya (GIST) təşəbbüsü finalçısı Rəşid Əliyevin başçılıq etdiyi Azərbaycanın BethClip: Smart Cloud Clipboard Sync startapı dünyanın ən yaxşı 20 startapları arasında olub.

Səfirlik Rəşid Əliyev GIST proqramı haqqında video təqdimatını da təqdim edib.

“Əgər maraqlı ideyalarınız varsa müsabiqəyə qatılaraq GIST Tech-in qalib olan gənc təşəbbüskarı ola bilərsiniz”, ABŞ səfirliyi qeyd edir.

Ətraflı məlumat üçün: http://www.gistnetwork.org/…/gist-tech-i-competition-applic…

XS
SM
MD
LG