Accessibility links

ABŞ Konqresinin spikeri “Obamacare”-in əvəz edilməsinə dair səylərin boşa çıxması barədə danışıb


ABŞ Konqresinin spikeri Pol Rayen Respublikaçılar partiyasının “Obamacare” adı ilə tanınan sağlamlıq qanununun ləğv edilərək əvəz edilməsinə dair səylərinin boşa çıxması barədə danışıb.

Rayen dünən doğma ştatı Viskonsində naqil istehsalı zavodunun işçilərinin sualları ilə qarşılaşıb. Onlar Konqresdə fəaliyyətsizlikdən qəzəbləndiklərini bildirib.

“İnanın mənə. Mən sizin qəzəbinizin səbəbini başa düşürəm. Senat sağlamlıq barədə qanunu qəbul edə bilmədi. Biz düşünürdük ki, bu qanun qəbul ediləcək. Mən Ron Consonla axşam bu barədə danışdım. Biz bunun baş verdiyini düşünürdük. Amma sonra bir senator səsini dəyişdi və ya bizim gözləntilərimizin əksinə səs verdi. Bu, məyusedici an idi…. Mən bu barədə indi nə edirəm? Konqresin spikeri kimi mən nə edə bilərəm? Mən sizi əmin edə bilərəm ki, Nümayəndələr Palatası bizi məyus etməyəcək. Mən Senatı idarə etmirəm. Mən Nümayəndələr Palatasını idarə edirəm”- deyə, Pol Rayen bildirib.

Rayen respublikaçıların hökumətdə çoxluqda olmaq imkanlarından istifadə etməməsinə dair narahatlığını bildirib. O əlavə edib ki, işlər görülüb bitirilməlidir. Əks təqdirdə, hazırkı yol səhv istiqamətdə davam edəcək.

XS
SM
MD
LG