Prezident İlham Əliyev ABŞ Hərbi Dəniz Qüvvələrinin katibi Rey Maybusu qəbul edib.
Azərbaycan prezidentinin rəsmi saytının məlumatına görə, dövlət başçısı Əliyev Rey Maybusun səfərinin Azərbaycan ilə ABŞ arasında müdafiə sahəsində əməkdaşlığın perspektivlərini müzakirə etmək üçün yaxşı imkan yaradacağını bildirib.
Müdafiə sahəsində əməkdaşlığın uzun tarixə malik olduğunu vurğulayan Əliyev deyib ki, Azərbaycan tərəfi regionda sabitliyin təmin olunması istiqamətində səylərini əsirgəmir. Ötən dövr ərzində regionda vəziyyətin xeyli dəyişdiyini də qeyd edib.
Azərbaycana bundan öncəki səfərini xatırlayan Rey Maybus Azərbaycan Silahlı Qüvvələrinin Beynəlxalq Sülhməramlı Missiyanın tərkibində Kosovoda, İraqda, hazırda isə Əfqanıstanda uğurla əməkdaşlıq etdiyini vurğulayıb, treninqlərin, qarşılıqlı təcrübə mübadiləsinin, hərbi təhsil sahəsində əməkdaşlığın önəmini qeyd edib.