Accessibility links

Naxçıvanda Beynəlxalq İnsan Alverinə Qarşı Mübarizə Günü qeyd edilib


İnsan alveri qurbanları (plakat)
İnsan alveri qurbanları (plakat)

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Azərbaycan nümayəndiliyinin direktoru Mikaela Meredit iyulun 29-da Naxçıvanda Beynəlxalq İnsan Alverinə Qarşı Mübarizə Gününə həsr edilmiş tədbirdə çıxış edib.

ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatına görə, forumda Azərbaycan Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, Naxcıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Təşkilat-İnspeksiya şöbəsinin rəisi, BMT-nin Rezident Koordinatoru, Avropa Şurasının Azərbaycan ofisinin rəhbəri, Cənub-Şərgi Avropa, Şərgi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Beynəlxalq Miqrasiya Təşkilatının Regional direktoru, bu təşkilatın Azərbaycan üzrə direktoru, hökumət nümayəndələri və dövlət qurumlarının təmsilçiləri iştitrak edib.

Xanım Mikaela Meredit bildirib ki, ABŞ Azərbaycanla və digər olkələrlə birgə illərdir hazırda quldarlıq forması hesab edilən insan alverinə qarşı mübarizə aparır.

“2015-ci ilin oktyabrından etibarən, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi və Beynəlxalq Miqrasiya Təşkilatı ilə birgə Azərbaycanda insan alverinə qarşı mübarizə fəaliyyətini “İnsan Alverinə qarşı Mübarizə” layihəsilə həyata keçirir. Bu layihə çərçivəsində insan alveri qurbanlarının sığınacaqları və onların imkanlarının genişlənməsi üçün dəstək göstərilir. Layihə eyni zamanda sığınacaqda olan qurbanlara hüquqi, sosial, psixoloji və reabilitasiya yardımını göstərir”.

O Dövlət Departamentinin Beynəlxalq Miqrasiya Təşkilatı tərəfindən icra edilən “Azərbaycanda Potensialların artırılması və texniki dəstək vasitəsilə insan alverinə qarşı mübarizənin səmərəliliyi üçün əməkdaşlığın gücləndirilməsi” layihəsini xatırladıb.

“Bu layihə səhiyyə işçilərinin insan alveri qurbanalarının müəyyənləşdirilməsi və onlara müvafiq yardımın göstərilməsi üçün texniki imkanlarının genişləndirilməsi məqsədini daşıyır. Layihə Əmək və Sosial Müdafiə Nazirliyinin İnsan Alveri qurbanlarına Yardım Mərkəzinin tərəfdaşlığı ilə birgə hayata keçirilir”.

Xanım Meredit 2014-cu ilin iyulunda qəbul edilmiş İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planına dair davamlı səylərə görə Azərbaycan hökumətinin fəaliyyətini təqdir edib.

“Bu sənəddə əks edilmiş sahələrə yanaşma Azərbaycanının bütün səviyyələrdə insan alverinə qarşı mübarizəsinin davamlılığını nümayiş etdirir”, o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG