Accessibility links

Azərbaycan və ABŞ hökumətləri Goranboyda tibb məntəqəsi inşa edib


Goranboyda tibb məntəqəsi
Goranboyda tibb məntəqəsi

Mayın 5-də Goranboy rayonunun (Bakıdan 313 kilometr qərb) Əzizbəyov kəndində yeni tibb məntəqəsinin açılış mərasimi olub. Tədbirdə yerli icra hakimiyyəti və bələdiyyə nümayəndələri, İqtisadiyyat nazirliyinin və Səhiyyə nazirliyinin rəsmiləri, ABŞ səfirliyi və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) iştirak edib. Bu barədə ABŞ səfirliyinin mətbuat üçün məlumatında deyilir.

Layihə Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) adlı proqram çərçivəsində Şərq-Qərb İdarəetmə İnstitutu (EWMI) tərəfindən icra olunub, USAID və Azərbaycan hökumətləri tərəfindən birgə maliyyələşib.

Məlumatda deyilir ki, 1988-ci ildən tibb məntəqəsi kimi istifadə edilən köhnə iki otaqlı inzibati bina icmanın səhiyyə ehtiyaclarını ödəmək üçün münasib şərait təmin edə bilmirmiş. EWMI/SEDA layihəsinin dəstəyilə, yerli icma və regional hökumət qurumları ilə birgə işləyərək yeni tibb məntəqəsi inşa edib. Üç müayinə otağı və gözləmə otağı kimi istifadə olunan bir dəhlizdən ibarət yeni məntəqə icmanın 930-a yaxın sakininin gündəlik sağlamlıq durumunu yaxşılaşdıracaq.

Bu günə kimi, EWMI/SEDA layihəsi Azərbaycanın 64 icmasında 96000-dən çox insana fayda verərək 72 layihə həyata keçirib.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG