Accessibility links

ABŞ və BMT-nin İnkişaf Proqramı Azərbaycanda sahibkarlıq vә mәşğulluğa dair niyyәt bәyannamәsi imzalayıb


Layihә Gəncə və Masallıda həyata keçiriləcək

Bakıda ABŞ-ın Azәrbaycandakı sәfiri Robert Sekuta ilә BMT İnkişaf Proqramının Azәrbaycandakı rezident nümayәndәsi Antonius Bruk arasında ümumi dәyәri 342000 ABŞ dolları olan "Sahibkarlıq vә mәşğulluq üçün iqtisadi imkanların genişlәndirilmәsi" layihәsinә dair niyyәt bәyannamәsi imzalanıb.

Antonius Bruk
Antonius Bruk

İmzalanma mərasimindən öncə “Günәşli” yatağının 10 saylı platformasında baş verәn qәza ilә bağlı hәyatlarını itirәnlәrin xatirəsi 1 dәqiqәlik sükutla yad edilib.

BMT İnkişaf Proqramının Azәrbaycandakı rezident nümayәndәsi Antonius Bruk bu tәşәbbüsün BMT-nin yeni qәbul edilәn Dayanıqlı İnkişaf Mәqsәdlәri ilә tam uyğun olduğunu bildirib.

O deyib ki, layihә daha yaxşı hәyat vә daha güclü gender bәrabәrliyi mәqsәdilә sahibkarlığı hәvәslәndirmәk vә qadınlara, gәnclәrә dәstәk mәqsәdi daşıyır.

USAİD və BMT Azərbaycanda sahibkarlıq vә mәşğulluğa dair niyyәt bәyannamәsi imzalayıb
USAİD və BMT Azərbaycanda sahibkarlıq vә mәşğulluğa dair niyyәt bәyannamәsi imzalayıb

“Son 10 ildә Azәrbaycanda iqtisadiyyat sürәtlә inkişaf edәrәk yüz minlәrlә iş yeri açılıb. Amma qadınlarla bağlı streotiplәr hәlә dә var. Bu kimi layihәlәr onların vә gәnclәrin әmәk bazarında daha fәal olmasına imkan yaradacaq", o qeyd edib.

Әmәk vә әhalinin sosial müdafiәsi nazirinin müavini Mәtin Kәrimli bu cür layihәlәrin işsizliyin sәviyyәsini bir qәdәr aşağı endirәcәyini söyləyib. O, tәmsil etdiyi qurumun xarici tәşkilatlarla dәfәlәrlә birgә layihә hәyata keçirdiyini vurğulayıb.

Mətin Kərimli bildirib ki, Azərbaycanda əhalinin 28 faizi 15-29 yaş arasında olan gənclərdir.

Mətin Kərimli
Mətin Kərimli

“Əgər, 0-14 yaş arasındakı insanları da əlavə etsək cəmiyyətimizin 50 faizi 30 yaşından aşağı olan insanlardan ibarətdir. Gənclərin cəmiyyətin aparıcı qüvvəsi olduğunu nəzərə alaraq onların məşğulluğunun təmin olunması ən azı demoqrafik baxımdan çox vacibdir”.

Onun sözlərinə görə, ölkədə gənclər arasında işsizlik 13,5 faizdir.

“Azərbaycan hökumətinin əsas vəzifələrindən biri bu həssas qrupda işsizlik səviyyəsini aşağı endirməkdir. Doğrudur işsizlik ümumi iqtrisadi inkişafla aşağı endirilir. Amma, beynəlxalq tərəfdaşlarla birlikdə belə ünvanlı layihələrin həyata keçirilməsi də işsizliyin azalmasına xidmət edir”, o qeyd edib.

Aynur Sofiyeva
Aynur Sofiyeva

Ailә, Qadın, Uşaq Problemlәri üzrә Dövlәt Komitәsinin sәdr müavini Aynur Sofiyeva bildirib ki, tәmsil etdiyi qurum beynәxalq tәşkilatlarla işә önәm verir.

ABŞ-ın Azәrbaycandakı sәfiri Robert Sekuta qeyd edib ki, qadınların iqtisadiyyatda vә cәmiyyәtdә iştirakının güclәndirilmәsi daha güclü iqtisadiyyata vә idarәçiliyә, eyni zamanda qadınların vә kişilәrin, ailәlәrin daha keyfiyyәtli hәyat sürmәlәrinә töhfә verir.

ABŞ, Azərbaycan və BMT-nin bayraqları
ABŞ, Azərbaycan və BMT-nin bayraqları

"ABŞ-la Azәrbaycan arasında dәrin әmәkdaşlıq var vә bu, hәr iki ölkәnin daha da inkişaf etmәsinә xidmәt edir", səfir bildirib.

İki illik layihә Gəncə və Masallıda qadın resurs mәrkәzləri vә mәşğulluq mәrkәzlәrindә bacarıqların artırılması tәdbirlәri vasitәsilә qadınların sahibkarlıqla mәşğul olması üçün iqtisadi imkanların vә gәnclәrin mәşğulluğuna dəstәk mәqsәdi daşıyır. Layihә USAİD-in maliyyә dәstәyi ilә Ailә, Qadın, Uşaq Problemlәri üzrә Dövlәt Komitәsi, Әmәk vә Әhalinin Sosial Müdafiәsi Nazirliyi ilә әmәkdaşlıq çәrçivәsindә BMT İP tərəfindən həyata keçiriləcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Donald Tramp ABŞ-ın 47-ci prezidentidir
please wait

No media source currently available

0:00 0:11:09 0:00
XS
SM
MD
LG