Accessibility links

Azərbaycanda “Valideyn nəzarəti və internet təhlükəsizliyi” proqramı təqdim ediləcək


“Valideyn nəzarəti və internet təhlükəsizliyi” proqramı
“Valideyn nəzarəti və internet təhlükəsizliyi” proqramı

Noyabrın 1-də Azərbaycanda “Valideyn nəzarəti və internet təhlükəsizliyi” (www.kidsafe.az) proqramının təqdimatı olacaq. Tədbirdə uşaq hüquqlarını qoruyan müvafiq dövlət qurumları, yerli və beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcək. Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Məlumatda deyilir ki, www.kidsafe.az proqramında daxili 1000-dən çox pornoqrafik, ekstremizm amilləri, zorakılıq, spam və virus xarakterli və s. kimi filtrləmə məlumat bazası ilə tam formada qoruyucu funksiyası ilə təmin olunub. Eləcə də istifadəçi tərəfindən spesifik filtrləmə funksiyası da əlavə olunub. Proqramda uşağın istifadəsi zamanı keylogger sistemi (bloklama) işə düşərək istifadə etdiyi vebsaytlar, proqramlar və sözlər kimi istənilən məlumatlar qeyd edilərək valideynə ötürülür. Kompyuterə uzaqdan vaxt limiti təyin etmək kimi funskiyasıda yüksək formada çalışır. Sistemdə əlavə olaraq boş vaxt modulundan irəli gələrək blog sistemi də yaradılıb ki, valideynlər səhiyyə, psixoloji aspektlər, hüquqi maarifləndirmə, sual-cavab kateqoriyalar üzrə məlumatlar yerləşdirmək mümkündür. Proqram təminatı E-Box şirkətinin texniki dəstəyi ilə hazırlanıb.

Tədbir zamanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Kapital Bank arasında 2 illik əməkdaşlıq memorandumu imzalanacaq. Əməkdaşlıq çərçivəsində uşaq hüquqlarının müdafiəsi sahəsində maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, uşaqların internetdən təhlükəsiz istifadəsi sahəsində proqram sistemlərinin yaradılması, sosial çarxların çəkilməsi və bu sahədə konfransların və digər tədbirlərin təşkili nəzərdə tutulub.

XS
SM
MD
LG