Accessibility links

Dünyada 5 yaşından aşağı 41 milyon uşağın çəkisi normadan artıqdır


Ümumdünya Səhiyyə Təşkilatının göstərişi ilə hazırlanan hesabatda hökumətlər, pedaqoqlar və ərzaq sənayesi uşaqlar arasında artıq çəki probleminin mübarizəsinə çağırılır.

Uşaqların köklük probleminə son qoyulması üzrə müstəqil komissiya bildirir ki, dünyada 5 yaşından aşağı 41 milyon uşağın çəkisi normadan artıqdır. Bu göstərici 1990-cı illə müqayisədə 10 milyon artıqdır. İnkişaf etməkdə olan ölkələrdə isə uşaqların köklüyü 2 dəfə artıb.

Hesabatda bu artım dəhşətli kabus adlandırılır.

Köklük problemi həyat tərzi, sağlam ərzaq qıtlığı və yağlı ərzaq məhsulları ilə izah edilir.

Komissiya şəkərli işçilərin vergilərinin artırılması və sağlam qidalanma barədə maarifləndirmə proqramlarının həyata keçirilməsini məsləhət görür.

XS
SM
MD
LG