Accessibility links

UNİCEF: Dünyada hər il bir milyon uşaq doğulduğu gün dünyasını dəyişir


Dünyanın ən yoxsul ölkələrində doğulan körpələr ölüm riskiylə daha çox üz-üzə qalır. BMT-nin uşaq qurumu olan UNICEF fevralın 20-də açıqladığı hesabatda bu riskin ən zəngin ölkələrdəkindən 50 dəfə çox olduğunu bildirir.

Son 25 ildə nisbətən böyük uşaqların səhhətiylə bağlı gözəçarpan irəliləyiş əldə olunub, “amma yaşı bir aydan az olanlar arasında ölüm hallarına son qoymaq yönündə belə bir proqresə nail olmamışıq”, – qurumun icraçı direktoru Henrietta For deyib.

AZƏRBAYCAN, QONŞULARI VƏ... YAPONİYA

Bu xəstəliklərin əksəriyyətini önləməyin mümkün olduğunu nəzərə alsaq, dünyanın ən yoxsul körpələrini açıq-aşkar bada veririk”, o söyləyib.

“Frans Pres” agentliyi fərqlərin xeyli kəskin olduğunu yazır. Hesabata görə, ən pis göstərici Pakistandadır. Bu ölkədə hər 22 yeni doğulan körpədən 1-i ölüm riski ilə üzləşir. Yaponiyada isə hər 1111 körpədən 1-nə belə bir risk var.

Azərbaycan 184 ölkə içində 60-cı yerdədir, hər 55 körpədən 1-nin ölüm riski olduğu qeyd edilir.

Hesabata görə, 2016-cı ildə Azərbaycanda hər 1000 uşağa 18 uşaq ölümü düşüb.

Qonşulardan Ermənistan 113 (1/135), Gürcüstan 115 (1/141), Türkiyə 119 (1/154), Rusiya 145-ci (1/294) yerdədir.

184-cü yerdə məhz Yaponiyadır.

Ümumilikdə, azgəlirli ölkələrdə hər 1000 körpədən 27-nin, yüksəkgəlirli ölkələdə isə hər 100 yeni doğulan körpədən 3-nün öldüyü vurğulanır.

Ölüm riskinin böyük olduğu ilk 10 ölkədən 8-i Saharaaltı Afrikada yerləşir. Bu ölkələrdə “hamilə qadınların gərəkən yardımı ala bilmədiyi” vurğulanır, əsas səbəblər də yoxsulluq, münaqişələr, yaxud institutların zəifliyidir.

“HƏR BİR UŞAQ SAĞ QALSIN”

Həmin ölkələr Cənubi Afrika Respublikası, Somali, Lesoto, Qvineya-Bissau, Cənubi Sudan, Fil Dişi Sahili, Mali və Çaddır.

UNICEF hər il dünyada 2,6 milyon körpənin anadan olduğu ilk bir ayda öldüyünü qeyd edir.

Bu hesabatla eyni vaxtda “Hər Bir Uşaq Sağ Qalsın” adlı qlobal kampaniyaya da start verilib.

Hesabatda vurğulanır ki, yenidoğulan körpələrin 80 faizindən çoxu ölümdən xilas oluna bilər.

Norveç kimi zəngin ölkədə hər 10 min nəfərə 218 həkim, tibb bacısı və mama həkimi düşür. Yoxsul Somalidə isə bu göstərici 1-dir.

Hesabata görə, hər il dünyada bir milyon uşaq elə anadan olan günü ölür.

Bilirik ki, bu körpələrin əksəriyyətini əlçatan, keyfiyyətli səhiyyə ilə xilas edə bilərik”, – Fore belə deyir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG