Uşaqların artıq çəki hallarının artması Amerika Ürək Assosiasiyası və Klinton Fondunu Daha Sağlam Nəsil İttifaqının təsisinə təşviq edib. Son on il ərzində İttifaq piylənməyə qarşı mübarizənin yollarını araşdırıb və bu yollardan biri gənclərin özünü həllin bir hissəsinə çevirməkdir.
Codi Evans hər zaman fəal olub.
O, məşq etməyi və idmanla məşğul olmağı sevir. Buraya rəqs etmək də daxildir.
“Rəqs idman növüdür. Amma Olimpiya Oyunlarına daxil edilmədiyi üçün hər kəs rəqsin idman olmadığını düşünür".
Codinin sağlam həyat tərzi və idmanla məşğul olması onun doqquz yaşında Daha Sağlam Nəsil İttifaqının Gənclər Məsləhət İdarə Heyətinə seçilməsinə səbəb olub.
“Onların hər biri məsələ ilə bağlı fikirlərini bildirir”.
Rəqs idman növüdür. Amma Olimpiya Oyunlarına daxil edilmədiyi üçün hər kəs rəqsin idman olmadığını düşünür
“Onlar məktəbin idarə heyəti ilə məktəb yeməkxanalarında yeməkləri dəyişmək barədə danışırlar. Onlar məktəblərdə bağlar yaratmağı planlaşdırırlar və hətta ştatlarının qanunvericiləri ilə qəbul edə biləcəkləri qanun layihələrini müzakirə edirlər.”
Ən əsası isə onlar yaşıdları ilə sağlam yemək seçimləri barədə danışırlar.
Bu isə hazırki piylənmə statistikasını dəyişmək üçün çox mühümdür.
Hər üç uşaqdan biri artıq çəkidən əziyyət çəkir. Bəzi araşdırmalar bu nəslin valideyinlərindən daha az yaşayacaq nəsil olacağını təxmin edir.
Codinin mülayim və səmimi yanaşması dostlarını onu dinləməyə həvəsləndirir.
“O, mənə dedi ki, bədənin sənin ibadətgahındır və sən sağlam qidalanaraq düzgün qaydada idmanla məşğul olmalı, ibadətgahının qayğısına qalmalısan”.
Bu il Məsləhət İdarə Heyətindəki müddətinin başa çatmasına baxmayaraq, Codi deyir ki, o hər zaman fəal olacaq və bu mesaji bütün məktəb dostları arasında, məhəllədə və başqa yerlərdə yaymağa davam edəcək.