Accessibility links

USS Ronald Reagan təyyarə daşıyan gəmi Yaponiya sahillərinə çatıb


ABŞ-ın ən müasir təyyarə daşıyan gəmisi olan USS Ronald Reagan gəmisi Yaponiya sahillərində lövbər salıb. Bu, Vaşinqton və Tokio arasında hərbi əlaqələrin güclənməsinə işarə kimi qiymətləndirilir.

Yaponiya rəsmiləri Amerika atom hərbi gəmisini Yokosuka limanında qarşılayıb. ABŞ-ın Hərbi Dəniz Qüvvələrinin katibi Rey Mabus deyib ki, USS Ronald Reagan təyyarə daşıyan gəmisinin Yaponiyaya yetişməsi və yapon xalqı tərəfindən qarşılanasmı iki ölkənin bölüşdüyü dəyərlərə və regional sabitlik məsələsinə sadiq qalmasının göstəricisidir. .

USS Ronald Reagan gəmisi ABŞ hərbi qüvvələrinin arsenalında olan Nimitz klass 10 təyyarə daşıyan gəmidən biridir. Gəmi təmir olunmaq üçün ABŞ-a qayıdan USS George Washingtongəmisini əvəz edir.

Yaponiyanın xarici işlər nazirliyinin bəyanatında təyyarə daşıyan gəminin ölkəyə gəlişi alqışlanır və bunun Yaponiyanın təhlükəsizliyinə və regionda sülh və təhlükəsizliyə xidmət edəcəyi bildirilir.

Lakin bəzi yerli qruplar ABŞ hərbi gəmisinin mövcdluğuna etiraz edib. Əllərində “Gəmi xoş gəlməyib” plakatı tutan bir qrup etirazçı kiçik qayıqda gəmiyə yaxınlaşıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG