Accessibility links

ÜST: COVID-19-dan sağalan insanların yenidən virusa yoluxmayacaqlarına dair "sübut yoxdur"


Koronavirus
Koronavirus

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) şənbə günü COVID-19-dan sağalan insanların koronavirusa qarşı antitellərinin olduğuna dair hazırda “heç bir dəlilin” olmadığını bildirib.

Təşkilat elmi brifinq zamanı hökümətlərə virusa yoluxmuş insanlara “immunitet pasportu” və ya “riskdən azad olduqlarına dair sertifikat” verilməsinin əleyhinə xəbərdarlıq edib, çünki onların dəqiqliyinə zəmanət verilə bilməz.

Əksinə, ÜST-ün bildirdiyinə görə, bu, virusun yayılma riskini artıra bilər çünki xəstəlikdən sağalan insanlar virusa qarşı standart tədbirləri görməklə bağlı tövsiyyələrə məhəl qoymaya bilər.

Bəzi hökümətlər COVID-19 xəstəliyinə səbəb olan SARS-Co V-2 virusuna qarşı antitellərin aşkar edilməsinin bəzi insanların virusa yenidən yoluxmağa qarşı qorunduğunu fərz edərək onlara “immunitet pasportu” və ya “riskdən azad olduqlarına dair sertifikat” verilməsi üçün əsas ola biləcəyinə işarə edib.

"Hazırda COVID-19-dan sağalan və antitelləri olan insanların ikinci dəfə virusa yoluxmayacaqlarına dair sübut yoxdur", ÜST deyib.

Çili ötən həftə xəstəlikdən sağalan insanlara “sağlamlıq pasportu” veriləcəyini bildirib. Onlar yoxlanışdan keçib, virusdan qoruyacaq antitellərinin olduğu müəyyən olunduğu halda, onlar iş yerlərinə geri dönə biləcəklər.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG