Accessibility links

ABŞ dövlət katibi Azərbaycanı Respublika Günü münasibəti ilə təbrik edib


ABŞ dövlət katibi Azərbaycanı Respublika Günü münasibəti ilə təbrik edib
ABŞ dövlət katibi Azərbaycanı Respublika Günü münasibəti ilə təbrik edib

ABŞ dövlət katibi Hillari Klinton Azərbaycanı Respublika Günü münasibəti ilə təbrik edib. Dövlət Departamentinin İnternet saytında da yerləşdirilən bəyanatda xanım Klinton deyib ki, 28 May Respublika Gününü qeyd etdikləri bir zamanda, Prezident Obama və Amerika xalqı adından mən Azərbaycan xalqını ən səmimi arzularla təbrik edirəm. O bildirib ki, “Zəngin tarixinizin və Azərbaycanın müstəqilliyini əldə etdikdən sonrakı inkişafının qeyd olunmasında biz sizə qoşuluruq.

Birləşmiş Ştatların Azərbaycanla qarşılıqlı hörmət və qarşılıqlı maraqlar əsasındakı tərəfdaşlığı yüksək qiymətləndirdiyi qeyd olunan bəyanatda ABŞ dövlət katibi Hillari Klinton deyir ki,” biz ölkələrimiz arasındakı yaxın əlaqələrin daha da möhkəmləndirilməsi üçün öhdəlik götürmüşük.”

Xanım Klinton Azərbaycanın Respublika günü münasibətilə verdiyi bəyanatının axırında bu bayram günü münasibətilə və gələn il ərzində Azərbaycan xalqına sülh və firavanlıq arzuzunu bildirib.



XS
SM
MD
LG