Accessibility links

Özbəkistanda etirazlarda ölənlərin olduğu bildirilir


Özbəkistan qüvvələrinin əsgərləri şimal-qərbi Qaraqalpaqıstan regionunun paytaxtı Nukusda patrul xidməti zamanı, 3 iyul, 2022.
Özbəkistan qüvvələrinin əsgərləri şimal-qərbi Qaraqalpaqıstan regionunun paytaxtı Nukusda patrul xidməti zamanı, 3 iyul, 2022.

Özbəkistan prezidenti Şavkat Mirziyoyev Mərkəzi Asiya ölkəsində keçirilən nadir etiraz aksiyalarından sonra, bazar günü dinc sakinlər və hüquq-mühafizə orqanlarının əməkdaşları arasında itkilərin olduğunu bildirib. Mühacirətdə olan müxalifət siyasətçisinin bildirdiyinə görə isə azı beş nəfər ölüb.

Bundan əlavə, yerli hökumət rəsmisi Özbəkistan;n xəbər saytına bildirib ki, minlərlə insan xəstəxanaya yerləşdirilib.

İnternetdə yayımlanan bəyanatda Mirziyoyev ölkənin şimal-qərbindəki Qaraqalpaqıstan bölgəsinin paytaxtı Nukus şəhərində iğtişaşçıların daş atmaq, yanğınlar törətmək və polisə hücum etməklə, “destruktiv hərəkətlər“ həyata keçirdiklərini bildirib.

“Təəssüf ki, mülki şəxslər və hüquq-mühafizə orqanlarının əməkdaşları arasında qurbanlar var“ - deyə, o bildirib. Bəyanatda itkilərin sayı və xarakteri barədə məlumat verilməyib.

Qaraqalpaqıstan Respublikası Səhiyyə Nazirliyinin rəhbəri Sultanbek Ziyayevin Daryo.uz xəbər saytına bildirdiyinə görə, Nukusda xəstəxanalar təhlükəsizlik qüvvələri ilə qarşıdurma nəticəsində yaralanan nümayişçilərlə doludur.

“Minlərlə yaralı xəstəxanaya yerləşdirilib və müalicəsi davam etdirilir,“ o, deyib.

Bazar günü başqa xəbər saytı Kun.uz-un yayımladığı fotoşəkillərdə Nukus küçələrində barrikadalar, yandırılmış yük maşınları, zirehli maşınlar və çox sayda hərbçi göstərilir.

Sosial şəbəkələrdə paylaşılan videolarda azı iki ağır yaralının qolları və ayaqlarından tutularaq aparıldığı əks olunub. Onlardan birinin qarnından qan axdığı, digərinin isə qışqırdığı göstərilir.

Özbəkistan fərqli düşüncənin hökumət tərəfindən boğulduğu sərt şəkildə idarə olunan keçmiş Sovet respublikasıdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG