Accessibility links

Üzə taxıla bilən hava filtri [Video]


Üzə taxıla bilən hava filtri
please wait

No media source currently available

0:00 0:01:47 0:00

Lancet adlı tibbi jurnalda dərc olunan yeni araşdırmaya əsasən, ətraf mühitin çirklənməsi nəticəsində hər il 9 milyon insan dünyasını dəyişir. Bu səbəbdən də gürcüstanlı iki sahibkar təmiz hava yaradan və üzə taxıla biləcək filtrlər ixtira edib.

Heç bir böyük şəhərdə maşınlardan çıxan və piyadalar və velosipedçilərə böyük təsir göstərən karbon monoksid, ozon və ya digər çirkləndiricilərdən qaçmaq mümkün deyil.

Biz ağacları sevirik və ağacların içindəki proses çox mürəkkəbdir. Biz isə ağacın havanı təmizləyərək onu müxtəlif minerallarala zənginləşdirdiyi prosesi kopyalamağa çalışdıq.
Laşa Kvantaliani

Lakin yeni üzə taxıla bilən hava filtri bu vəziyyəti dəyişə bilər.

“Təsəvvür edin ki, velosiped sürərkən zəhərli və çirkli hava yerinə siz Treepex cihazından isitfadə edərək təmiz hava ilə nəfəs alırsınız, ya da küçədə gəzərkən qəbul etdiyiniz havanın sizin xəsətələnmənizə gətirib çıxaracağından narahat olmursunuz. Treepexdən istifadə edərək ciyərlərinizə təmiz havanın daxil olacağından əmin ola bilərsiniz”, deyə Treepex-in ixtiraxçısı Bahço Xaçidze bildirir.

Bahço Xaçidze və Laşa Kvantaliani hava çirklənməsinin təhlükələrinə cavab olaraq Treepex-i ixtira edib.

Kvantaliani deyir ki, onlar təbiətdən və fotosintezin karbon dioksidi oksigenə çevirməsindən ilham alıb.

“Biz ağacları sevirik və ağacların içindəki proses çox mürəkkəbdir. Biz isə ağacın havanı təmizləyərək onu müxtəlif minerallarala zənginləşdirdiyi prosesi kopyalamağa çalışdıq”, Treepex-in ixtiraxçısı Laşa Kvantaliani deyib.

Treepexin prosesinin əsas hissəsi çıxarılıb-taxılan kartricdir. Onların reklam çarxında bu kartricin necə işlədiyi göstərilir.

Pulmonoloq Liza Qoderdeşvili deyir ki, bu yaxşı ideyadır.

“Biz hələ ki, cihazın uzun müddətli nəticələrini bilmirik, bəlkə də onlara hələ araşdırılmaldır. Amma ideya özü yaxşıdır”, o söyləyir.

Treepex-in bir mənfi cəhəti odur ki, cihazdan istifadə etdiyinizdə danışa bilmirsiniz.

XS
SM
MD
LG