Accessibility links

Vəfa Rüstəm: Cəzasızlıq mühitində məişət zorakılığı artıb


Vəfa Rüstəm: Cəzasızlıq mühitində məişət zorakılığı artıb
please wait

No media source currently available

0:00 0:07:12 0:00

Qadın hüquqları müdafiəçisi Vəfa Rüstəm Amerikanın Səsinə müsahibəsində cəmiyyətdə məişət zəminində qadınlara qarşı cinayətlərin sayının artmasının səbəblərindən və bu halların qarşısının alınması istiqamətidnə görüləcək işlərdən danışıb.

Vəfa Rüstəm: Cəzasızlıq mühitində məişət zorakılığı artıb
please wait

No media source currently available

0:00 0:07:12 0:00


Amerikanın Səsi: Ekspertlər son zamanlar Azərbaycanda məişət zəminində qadınlara qarşı cinayətlərin sayının artdığını qeyd edirlər. Bunun səbəbi nədir?

Vəfa Rüstəm: Mən hesab edirəm ki, bu, o səbəbdəndir ki, əvvəllər qadınlar bundan şikayət etmirdi. Hazırda qadınlar daha çox məlumatlıdırlar və başlayıblar şikayət etməyə. İkincisi media daha çox diqqət etmyə başlayıb, bu məsələlərə. Bu sahədə təlimlər keçirilir və s. Biz daha çox məlumat alırıq ki, xeyli sayda fakt artıb və üçüncü səbəb də sistem problemi var ki, sistematik olaraq cəzasızlıq mühiti, qanunvericilikdə boşluqlardır ki, məişət zorakılığı artıb.

Amerikanın Səsi: Məişət zorakılığı qurbanlarının müdafiəsi üçün etibarlı sistem varmı, sığınacaqların sayı yetərlidirmi?

Vəfa Rüstəm: Etibarlı sistem, mən hesab edirəm ki, yetərli qədər deyil. Sığınacaqların sayı cəmi iki idi və üçüncüsü yeni açılıb. Yəni, on milyon əhali üçün, onun yarısını qadınlar təşkil edir. Biz bilirik ki, məişət zorakılıqlarının böyük əksəriyyəti qadınlar qarşıdır. Bu o deməkdir ki, böyük əksəriyyət qadınlar, əgər, məişət zorakılığı ilə bağlı sığınacağa gəlmək istəsələr və hətta biz bunu praktikada da görürük. Məsələn, biz bir neçə dəfə müraciət elədik dolu idi sığınacaqlar. Sığınacaqlarla bağlı ciddi problemlər var.

Amerikanın Səsi: Bu halların qarşısını necə almaq olar?

Vəfa Rüstəm: Çoxsaylı tədbirlər görülməlidir. Bu tədbirlər həm dövlət, həm də cəmiyyət tərəfindən qarşılıqlı şəkildə olmalıdır. Məsələn, mən sizə bir statistika deyim. Tədqiqatçımız bir tədqiqat aparıb."Gender rolları" ilə bağlı məktəb dərsliklərində dərc olunan hekayələrin sayına baxıb. Kişilər nə işlə məşğul olur, qadınlar nə işlə məşğul olur və s. Səhv etmirəmsə, o, 5-ci sinifdən 9-cu sinfə qədər dərslikləri araşdırıb. Orada nə var idi? Orada hekayələrin 80 faizi kişilərə həsr olunub. Adətən kişi obrazları cəsur, qəhrəman, qadın obrazları isə ikiüzlü və yalançı təsvir edilib. İş, peşə olaraq da kişilər daha yaxşı işlərdə işləyə bilir. Yəni, burada əsas problem təhsildədir. "Gender rolları" haqqında maarifləndirmə işləri aparılmalıdır. Biz mediada ciddi maarifləndirmə işləri aparmalıyıq. Bundan sonra, hüquqi tədbirlərə keçir. Orada sığınacaqların artırılması, peşəkar hüquqşünasların yetişdirilməsi və s. Ondan başqa da qanunvericilikdə ciddi dəyişikliklər edilməlidir.

Amerikanın Səsi: Qadın cinayətlərinin qarşısının alınması üçün qanunvericilikdə hansı dəyişikliklər edilməlidir?

Vəfa Rüstəm: Birinci məsələ, Cinayət Məcəlləsinə məişət zorakılğı halları daha ağırlaşdırıcı hal kimi daxil edilməlidir. Məsələn, əgər şəxs kiməsə yüngül xəsarət yetiribsə və yaxud az ağır xəsarət yetiribsə, onu məişət zəminində törədibsə, bunun sanksiyası daha ağır olmalıdır. Bununla daha ciddi mübarizə aparmaq lazımdır. Döymək inzibati xətadır. Qadını döymək məşiət zorakılğı zəminində cinayət hesab edilməlidir. Psixoloji zorakılıq, iqtisadi zorakılıq məişət zəminində inzibati xətadır. Bu kriminallaşdırılmalıdır. Cinayət Məcəlləsinə salınmalıdır. İkinci məsələ, barışdırma məsələsidir. Burada araşdırılma aparılmalıdır. Qadın öz iradəsi ilə gəlibmi? Ona nə təsir edib? Bir çox hallarda qadını həqiqtən barışmağa məcbur edirlər. Çünki, bu qadınadan asılı olur ki, bu təqib davm edəcək ya yox. Qadın da tək bir adam, buna qarşı dayana bilmir və geri çəkilir. Böyük hallarda biz görürük ki, araşdırma aparılmır, barışdırılır şəxslər və barışdırma çoxsaylı ölüm hallarına qədər gətirib çıxara bilir.

Xatırlatma

Son zamanlar yerli hüquq müdafiəçiləri, qadın haqları fəalları Azərbaycanda qadın cinayətlərinin sayının ildən-ilə artdığını qeyd edirlər. Bu baxımdan feminist fəallar qadın azadlıqları uğrunda bir neçə kütləvi aksiyalar keçiriblər. Onlar hesab edir ki, cəzasızlıq davam etdikcə, insanlar lazımi qaydada cəza görməyincə qadın qətlləri artmaqda davam edəcək.

Azərbaycan rəsmiləri deyir ki, ölkədə bütün fundamental hüquqlar qorunur və ölkədə gender bərabərliyi hökm sürür.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG