Accessibility links

ABŞ-ın müstəqillik günü münasibəti ilə Vaşinqtonda ənənəvi Xalq Festivalına start verilib (VİDEO)


ABŞ-ın müstəqillik günü münasibəti ilə Vaşinqtonda ənənəvi Xalq Festivalına start verilib (VİDEO)
ABŞ-ın müstəqillik günü münasibəti ilə Vaşinqtonda ənənəvi Xalq Festivalına start verilib (VİDEO)

Birləşmiş Ştatlarda mədəniyyət məsələləri barədə fəaliyyət göstərən, çoxlu muzey və başqa mədəniyyət mərkəzi və tarixi binaların idarəsini öz öhdəsinə götürən və başqa ölkələrdə mədəniyyət nazirliklərinin gördükləri işlərin bir hissəsini ABŞ-da yerinə yetirən Smitsonian adlı qurum Bu ildə də Birləşmiş Ştatların yaranmasının ildönümü tədbirlərinin bir hissəsi olaraq Vaşinqtonun mərkəzində Xalq Festivalı təşkil edib. Birləşmiş Ştatların paytaxdı Vaşinqtonda, şəhərin mərkəzində yerləşən meydançada keçirilən festival konsertləri, tamaşaları, sənətkarlıq nümunələrini və başqa mədəni fəaliyyətləri izləmək mümkündür.

Festivalda ABŞ və başqa ölkələrin musiqiləri, mədəniyyətləri barədə proqramlar təşkil edilir, xalq sənədləri nümayiş edilir. Festivalda adətən hər il bir və ya daha çox ölkənin mədəniyyəti, musiqisi və adət ənənələrinə daha geniş yer verilir ki, keçmişdə, doxsanıncı illırin əvvəllərində, Azərbaycan da bu festivalda Alim Qasımovun iştirakı ilə təşkil olunmuş Qarabağ Üçlüyü tərəfindən təmsil edilmişdi. Bu il isə festivalda Cənubi Amerika ölkəsi Qolumbianın mədəniyyəti geniş işıqlandırılıb.

XS
SM
MD
LG