Accessibility links

ABŞ-da "Silverdocs" film festivalı keçirilir (Audio)


ABŞ-da "Silverdocs" film festivalı keçirilir (Audio)
ABŞ-da "Silverdocs" film festivalı keçirilir (Audio)

Festivalda nümayiş etdirilən sənədli filmlər əsasən dünyada baş verən konfliktlər və zorakılıqlar haqdadır

"Silverdocs" Birləşmiş Ştatlarda ən məşhur sənədli film festivallarından biridir. Hər il keçirilən bu festival 30000-ə qədər insanı cəlb edərək, dünyada baş verən sosial və siyası məsələlərı nümayiş etdirir.

Vaşinqton şəhəri yaxınlığında, Merelend ştatının Silver-Spring dairəsində tamaşaçılar müxtəlif sənədli filmlərə baxmaq üçün toplaşıblar. Belə filmlərdən biri “Müharibə zamanı məhəbbət” filmidir. Bu film bu il "Silverdocs" film festivalındakı sülhməramlı filmlərdən biridir. Qabriela Birsin bu sənədli filmi iki gəncin həyatı haqdadır. İsrailin işğal etdiyi Fələstindən Üsama və israilli yəhudi qızı Yasəmən. Onlar evlidirlər. Lakin İsrail Üsamaya bu ölkədə yaşamağa icazə vermir. Yasəmən isə işğal altındakı Qərb sahillərində fələstinlilərin düşmən münasibəti ilə üzləşəcəyindən çəkinir. Onlar müvəqqəti Berlin şəhərində yaşasalar da, gələcəkəri qeyri-müəyyəndir.

Qabriella Birs Amerikanın Səsinə müsahibəsində deyib ki, onun filmində İsrail- Fələstin konflikti insanların həyatı zəminində təsvir edilir. “Biz filmi həm Fələstində həm İsraildə nümayiş etdirməyi nəzərdə tuturuq, biz İsraildən hakimləri də filmə baxmağa dəvət etmişik. Çünki qanunu yerinə yetirmək lazım olsa da, insanların həyatındakı hadisələri, nəticədə nələrin baş verdiyini görəndə ümid edirik ki, onlar vəziyyəti başa düşər.” deyə, rejissor bildirir.

“Müharibə zamanı məhəbbət” festivalda sülhü tərənnüm edən 5 sənədli filmdən biri seçilib.

“Gündəlik” filmi də eyni mövzudadır. Filmin rejissoru Tim Heterinqton 10 il davam edən müharibəni özünün 20 dədiqəlik filmində əks etdirməyə çalışıb. Bu rejissor Afqanıstandan tutmuş Liberiyaya qədər müharibələri lentə alıb və o, həmişə cəbhə xəttində olub. Sənədli filmin Tim Heterinqtonun Liviyadakı zorakılıqları çəkərkən həlak olmasından iki ay sonra nümayişi filmin effektini daha da artırır.

Maykl Kinqin “Xilasedicilər” filmi də sülh mövzusundadır. Burada İkinci Dünya müharibəsində 12 diplomatın nasistlərin nəzarətində olan minlərlə yəhudini xilas etmək üçün öz hökumətlərinin göstərişlərini yerinə yetirməmələrindən söhbət açılır. Onlar bu işlərinə görə öz ölkələrində diplomat vəzifəsindən azad ediliblər.

Rejissor Maykl King bu filmlə bizə genosidin hələ də davam etdiyini bildrimək istəyib.

Bu sənədli filmlər genosidin və ya konfliktlərin qarşısını ala bilməsə də, belə filmlər açıq dialoqa, insanlığa sövq edir.

XS
SM
MD
LG